Satış üzrə koordinator

  • Agrico
  • Elanın qoyulma tarixi: 19.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər: 

  • Ali təhsil; 
  • Sahə üzrə ən azı 1 il iş təcrübəsi (logistika üzrə təcrübə üstünlükdür);
  • Azərbaycan dilində səlis danışıq (Rus dili biliyi üstünlükdür);
  • MS Excel proqramında yaxşı səviyyədə işləmə bacarığı;
  • Yüksək səviyyədə kommunikasiya və komanda ilə işləmə bacarığı;
  • Məsuliyyətlilik, aktivlik və operativlik.

Vəzifə öhdəlikləri:  

  • Satışla bağlı sifarişlərin logistika şirkətləri vasitəsilə çatdırılmasının təmin edilməsi və koordinasiyası;
  • Mühasibatlıq və anbar arasında satışla bağlı əməliyyatların koordinasiyası;
  • Satışla bağlı sənədlərin şöbələr arası düzgün və zamanında mübadiləsinin təmin edilməsi;
  • Yol sənədləri, qiymət və razılaşma protokolları , anbar qalıqları və satışla bağlı anbar hesabatları ilə işləmək.

İş şərtlərimiz:

  • Əmək haqqı: 637 – 731 AZN;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə. 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış üzrə koordinator” yazaraq göndərmələri xahiş olunur.