Baş mühasib

  • Agrico
  • Elanın qoyulma tarixi: 10.07.2024

İşin təsviri

Namizədə olan tələblər: 

  • Ali təhsil (maliyyə və ya mühasibatlıq üzrə təhsil üstünlükdür); 
  • Baş mühasib olaraq ən az 5 il iş təcrübəsi;
  • Azərbaycan dili səlis, rus dili biliyi yaxşı, ingilis dili orta səviyyədə;
  • Peşəkar mühasib sertifikatının olması üstünlükdür;
  • MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə;
  • 1C (8.3 ERP)  proqramını yüksək səviyyədə bilmək.

Vəzifə öhdəlikləri:  

  • MMİS-də günün açılması / gün sonunda bağlanması və balansın təmin olunması; 
  • Ezamiyyət əmrlərin təsdiqlənməsi; 
  • Mənfəət/zərər, balans hesabatlarının düzgünlüyünə nəzarət; 
  • Vergi portalında şəxsi vərəqəyə nəzarət; 
  • Əməkhaqqı və işçilərə digər ödənişlərin icrasına nəzarət; 
  • Debitor və kreditor hesablarına nəzarət; 
  • İşçilərin vəzifə öhdəliklərinin icrasına nəzarət; 
  • Müştərilər, təchizatçılar və sığorta ilə üzləşmələrə nəzarət; 
  • Mühasibatlıq strukturunda öhdəliyinə verilən bütün əməliyyatlara nəzarət; 
  • İnventarizasiyanın aparılmasına nəzarət; 
  • Mənfəət vergi bəyannaməsinin hazırlanması; 
  • Statistika hesabatlarının hazırlanması; 
  • Mərkəzi bankdan gələn sorğuların cavablandırılması və Mərkəzi bankın tələbi olan hesabatların hazırlanması; 
  • Büdcə, mənfəət və zərər hesabatlarının hazırlanması; 
  • Rəhbərliyin tələbi ilə digər hesabatların hazırlanması; 
  • Proseslərin optimallaşdırılması və avtomatlaşdırılması üçün təkliflərin verilməsi; 
  • Şöbə əməkdaşlarının iş hədəflərinin müəyyən edilməsi və əməkdaşların iş bölgüsünün aparılmasında şöbə rəhbərinə dəstəyin göstərilməsi; 
  • Uyğun şərtlərlə banklardan maliyyələşmənin cəlb olunması; 
  • Tenderlərdə iştirak üçün sənədlərin hazırlanması; 
  • Bank zəmanətlərinin alınması; 
  • Şirkətin əsas vəsaitlərinin inventarizasiyasının planlanması, həyata keçirilməsi və Ofis menecer tərəfindən yoxlanılmasına nəzarət edilməsi; 
  • Aylıq agent hesabatlarının hazırlanması və rəhbərlik tərəfindən təsdiq edilməsi.

İş şərtlərimiz:

  • Əmək haqqı: 2500-3000 AZN; 
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş mühasib” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.