Aparıcı biznes analitik

İşin təsviri

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: Biznes analitikası, texniki tapşırıq və biznes proseslərin təhlili əsasında proqram təminatlarının hazırlanması, sistemlərin avtomatlaşdırılması, layihələrin hazırlanması və icrası üzrə arzuolunandır;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
  • Azərbaycan və regiondan keçən beynəlxalq nəqliyyat dəhlizləri haqqında məlumatlar;
  • Region ölkələrinin dəmiryolları haqqında məlumat;
  • Regiondakı Logistik Mərkəzlər, Limanlar, Hublar və.s barədə məlumatlar;
  • Logistika sahəsində makroiqtisadi göstəricilər barədə məlumatlı olmaq;
  • Layihələrin idarə edilməsi bacarığı ( Logistik layihələri);
  • Logistika sahəsində əməliyyat və satış barədə biliklər;
  • Araşdırma bacarığı;
  • Analitik alətlərlə işləmə bacarığı;
  • Böyük məlumat bazaları ilə işləmə bacarığı;
  • Təqdimat və hesabatların hazırlanmasına dair biliklər;
  • Analitik düşünmə və problemləri həll etmə bacarığı;
  • Rus və ingilis dillərində araşdırma və yazı bacarığı tələb olunur.

Vəzifə öhdəlikləri:

  • Məlumatların müntəzəm yenilənmə prosesinin icrası;
  • Analitik hesabatların hazırlanması;
  • Biznes problemlərə cavab verə bilən senaryo planlamaları, vizual hesabatların və modellərin hazırlanması;
  • Region ölkələrinin logistik bazarları haqqda məlumat mənbələrindən istifadə etməklə araşdırmaların aparılması
  • Logistik məhsulların bazar araşdırmasını etmək
  • Dəmiryolları ilə daşınan top yüklərin qiymət araşdırmalarının aparılması

Əmək şəraiti:

  • İş qrafiki: həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək, şənbə və bazar istirahət günləri;
  • Təminatlar: “Push30” platformasına korporativ üzvlük, “Paşa Həyat”-dan həyatın yaşam sığortası və nahar təminatı;
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır.

Uyğun namizədlər CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.

QEYD: CV göndərilərkən müraciət edilən vakansiyaya uyğun başlıq mütləq qeyd olunmalıdır.