Müştəri xidmətləri şöbəsinin kiçik mütəxəssisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 25.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Daxil olan zənglərin cavablandırılması və müştərilərin zənglərinin müvafiq şöbələrə yönləndirilməsi;
  • Daxil olan zənglərə əsasən sorğuların həyata keçirilməsi, məhsullar haqqında məlumatın verilməsi və müştərinin zənginin müvafiq strukturlara yönləndirilməsi;
  • Müştərilərin şikayət və istəkləri ilə bağlı müvafiq şöbələrin bu haqda məlumatlandırılması;
  • Şəxsi Kabinet üzərindən/onlayn/oflayn çat vasitəsilə daxil olan müraciətləri  müştəri tərəfindən göndərilən sorğu/təklif/ İT platforma üzərindən cavablandırılması;
  • Fərdi sığorta məhsulları üzrə sığorta haqqının ödənilməsi ilə bağlı qanunvericiliyin və Cəmiyyətdaxili normativ sənədlərin tələblərinə riayət etmək;

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Tələb olunmur.
  • Təhsili/ixtisası: İstənilən sahə üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: əla, İngilis dili: əla
  • Üstünlüklər: Müştəri xidmətləri sahəsi üzrə iş təcrübəsi
  • Kompüter bilikləri: MS Office:əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, təsir göstərmə.

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi