Xidmət dəstəyi üzrə operator

  • AzEduNet LLC
  • Elanın qoyulma tarixi: 10.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək, cavablandırmaq və müvafiq məlumatları sistemə daxil etmək;
  • Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
  • Müraciətləri aidiyyatı olan şöbələrə yönəltmək və prosesin gedişatına nəzarət etmək;
  • Şirkətlə müştəri arasında düzgün  koordinasiya yaratmaq;
  • Vəzifə təlimatında qeyd edilən digər öhdəlikləri yerinə yetirmək.

Namizədə verilən tələblər:

  • ali təhsil;
  • ən azı 1 (bir) il eyni və ya oxşar vəzifədə iş stajı;
  • azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli;
  • nitqi aydın və səlis olmalı;
  • fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı; 
  • müştərilərlə ünsiyyət qurma bacarığı; 
  • məsuliyyətli, səbrli, stressə davamlı olmalı;
  • MS Office proqramlarını bilməli.
  • Yaş həddi: 30 yaşa qədər

İş qrafiki: I-V günlər, 09.00-18.00.

Əmək haqqı: 450 AZN (net).

Müraciət qaydası:

CV-nizi elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Xidmət dəstəyi üzrə operator” yazmaqla göndərə bilərsiniz.