Texniki dəstək üzrə mütəxəssis / Şəbəkə dəstəyi üzrə mütəxəssis (Tovuz)

  • AzEduNet LLC
  • Elanın qoyulma tarixi: 12.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İnformasiya və kommunikasiya texnologiyaları (İKT) avadanlıqlarının proqram və aparat təminatı üzrə texniki xidmətinin göstərilməsi;
  • İKT avadanlıqların işlək vəziyyətin qorunması üçün monitorinqin, diaqnostikanın və profilaktik işlərin aparılması;
  • Təhsil müəssisələrinin ADSL və 3G/4G (antenaların quraşdırılması) texnologiyaları ilə İntranetə və İnternetə qoşulmaları;
  • Təhsil müəssisələrində şəbəkə problemlərinin aradan qaldırılması;
  • Şirkətdə iş emalı üçün nəzərdə tutulmuş Əməliyyat Sistemində (OTRS) görülmüş işlərin qeydiyyatı;
  • Lokal Şəbəkədə yaranan problemlərin araşdırılması və həlli;
  • Görülən işlərin təhvil-təslimi, aktlaşdırılması, mal-materialın dövriyyəsinin dəstəklənməsini və iş emalının Əməliyyat Sistemində əks olunması;
  • Rəhbər tərəfindən verilən vəzifə icrası ilə bağlı digər işlər.

Namizədə verilən tələblər:

  • ali və ya texniki təhsil;
  • müvafiq sahədə ən az 1 illik iş təcrübəsi;
  • kollektivdə işləmək bacarığı;
  • məsuliyyətlilik.

İş qrafiki: 5 günlük iş rejimi.

Əmək haqqı: Müsahibə vaxtı müəyyən olunacaq. 

Müraciət qaydası:

CV-nizi elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Texniki dəstək üzrə mütəxəssis / Şəbəkə dəstəyi üzrə mütəxəssis (Tovuz rayonu üzrə)” yazmaqla göndərə bilərsiniz.

Email: [email protected]