AzEduNet LLC


“2008-2012-ci il Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində AzEduNet şirkəti təhsil sisteminə İKT-nin tətbiqi və inkişafı sahəsində bir sıra işlər həyata keçirib:

  • Ölkənin ən iri korporativ şəbəkənin – Azərbaycan Təhsil Şəbəkəsinin – yaradılması;
  • Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində qurulan Məlumat və Resurs Mərkəzinin şəbəkə infrastrukturunun qurulması;
  • Ölkənin təhsil müəssisələrində şəbəkə infrastrukturunun qurulması;
  • Təhsil Nazirliyinin, Təhsil İdarələrinin və Şöbələrinin, orta, orta ixtisas, ali və digər təhsil müəssisələrinin Azərbaycan Təhsil Şəbəkəsinə bir sıra rabitə kanalları ilə (Fiber Optic, xDSL, VSAT, 3G) qoşulması;
  • Təhsil müəssisələri üçün texniki dəstək xidmətinin təşkili.

Bu günə qədər AzEduNet şirkəti və Təhsil Nazirliyi arasında imzalanmış müqavilələr əsasında 4100-dən artıq təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub və onlara texniki xidmət göstərilir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?