Marketinq eksperti

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 07.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Sığorta bazarında Həyat sığortası ilə məşqul olan şirkətlərin müəyyən olunması;
  • Rəqiblərin kimliyi, onların bazarda mövqeyi və xüsusi çəkisi, nəaliyyətlərinin hakim faktorunun öyrənilməsi;
  • Press relizin mətninin hazırlanması;
  • Mərkəzə aid illik büdcənin işlənib hazırlanmasında iştirak etmək;
  • Rəqəmsal marketinq layihələrinin idarəedilməsi;
  • Yeni rəqəmsal alətlər istifadə edərək, potensial müştəriyə birbaşa çıxışın təmin edilməsi;
  • Rəqəmsallaşma strategiyasına uyğun olaraq rəqəmsal həllərin yaradılması prosesində iştirak;
  • Məhsullar üzrə media və kommunikasiya planlarını hazırlanması;
  • Mövcud satış kanalları üzrə reklam məhsulları hazırlamaq, KİV-də yerləşdirilməsi;
  • Korporativ internet səhifənin idarə olunmasını təmin etmək;

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Marketinq sahəsi üzrə 2 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili:əla, İngilis dili:əla, Rus dili: əla
  • Üstünlüklər: Marketinq, Reklam, Menecment ixtisaslar üzrə təhsil. Rəqəmsal Marketinq sahəsi üzrə təcrübə; Rəqəmsal platformalarda acquisition və activation məqsədli marketinq kommunikasiyalarının reallaşdırılması üçün Google search, paid display, video, Social media advertising, SEO, content marketing və Web Analitika biliklərinin yüksək səviyyədə olması;
  • Rəqəmsal Marketinq fəaliyyətlərinin analitikası üçün Google Analytics (UA), GA 4 və Google Tag Manager təcrübəsinin olması
  • Kompüter bilikləri: MS Office:əla, MS PowerPoint:əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və planlaşdırma

 

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00

Son müraciət tarixi: 23 iyul 2023

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi