Arxivçi

  • Veysəloğlu MMC
  • Elanın qoyulma tarixi: 25.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə funksiyaları: 

  • Arxivə təhvil verilən sənədləri (təlimatlara uyğun olaraq) qəbul edən zaman aktla təhvil-təslim etmək; Aktda qeyd edilən sənədləri əsli ilə üzləşdirmək;
  • Qəbul edilmiş sənədlərin arxivdə yerini təyin etmək və yerləşdirmək;
  • Arxivdə yerləşdirilmiş sənədlərin yerini arxiv proqramında qeyd etmək;
  • Arxivdə saxlanma müddəti bitmiş sənədləri ayırmaq və onları prosedur qaydalarına uyğun olaraq məhv etmək;
  • İş yerinin və sənədlərin saxlandığı arxiv otaqlarının təmizliyi və səliqəliliyini lazımi səviyyədə saxlamaq;
  • Vəzifə fəaliyyətindən irəli gələn məsələlər haqqında müdiriyyət qarşısında çıxış etmək, rəhbərliyin verdiyi yazılı və şifahi göstərişləri yerinə yetirmək;
  • Ezamiyyədə olduğu zaman vəzifə təlimatından irəli gələn tələbləri icra etmək, iş sistemi ilə bağlı və digər pozuntu halları aşkarlandıqda birbaşa rəhbərini məlumatlandırmaq;
  • Sənədlərin saxlanma və texniki-təhlükəsizlik qaydalarının pozulması aşkar edildikdə dərhal rəhbərliyinə məlumat vermək;
  • Şirkətin mənafeyinin qorunması məqsədi ilə məlumatların məxfiliyini qorumaq;
  • Struktur bölmələrinə sənədlərin prosedur qaydalarına uyğun surətlərinin, ehtiyac olduqda isə əsillərinin verilməsini təmin etmək;
  • Arxiv işi üçün nəzərdə tutulmuş texnologiya və proqramlardan istismar və istifadə qaydalarına əməl etmək.  

Vəzifə tələbləri:

  • Şirkətin sənədləri ilə işləmək bacarığı;
  • Kompüter və arxiv avadanlığı ilə işləmək bacarığı, ofis proqramları bilikləri;
  • Komandada işləmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur. 

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Arxivçi” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.   

İşəgötürənin reytinqi