Biznes Proseslərin və Layihələrin idarə olunması üzrə aparıcı mütəxəssis

  • Veysəloğlu MMC
  • Elanın qoyulma tarixi: 03.10.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Yeni biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin incələnməsi və tələbin müəyyənləşdirilməsi;
  • Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin görülməsi, biznes proseslərin monitorinqinin keçirilməsi;
  • Əməliyyat sistemi üzərindən proseslərin izlənilməsi və onların normativ sənədlər formasında tərtib edilməsi;
  • Mövcud və gələcək proses vəziyyətlərini vizuallaşdırmaq üçün BPMN kimi metodologiya və alətlərdən istifadə edərək biznes prosesi modelləri yaratmaq
  • Biznes proseslərin avtomatlaşdırılması üçün texniki tapşırıqların hazırlanması;
  • Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərin hazırlanması və yenilənməsi;
  • Birbaşa rəhbərinin tapşırıqlarının vaxtında və keyfiyyətli yerinə yetirilməsi, və sorğu əsasında hesabatın təqdim edilməsi.
  • Biznes proseslərin təhlili zamanı aidiyyatı olan struktur vahidlərinin nümayəndələri ilə görüşlərin təşkil edilməsi;
  • İş fəaliyyəti ilə əlaqədar ezamiyyətlərin təmin edilməsi.
  • Dəyişikliklərin effektiv həyata keçirilməsini təmin etmək üçün müxtəlif şöbələr və idarəetmə səviyyələri ilə koordinasiya və əməkdaşlıq;
  • Şirkətin dəyişən ehtiyac və məqsədlərinə uyğun olaraq biznes proseslərinin davamlı olaraq yenilənməsi və optimallaşdırılması;

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • MS Office proqramların biliyi (MS Excel, Power BI, MS Visio yüksək səviyyədə); 
  • Sahə üzrə beynəlxalq sertifikata malik olması üstünlükdür (Six Sigma Yellow Belt);
  • SAP roqramından istifadə təcrübəsi arzuolunandır;
  • İngilis və rus dilləri arzuolunandır;
  • Məntiqi və analitik düşünmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Problemləri həll etmək bacarığı;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;

 

 

İşəgötürənin reytinqi