Maddi Vəsaitlər üzrə Mütəxəssis

  • Veysəloğlu MMC
  • Elanın qoyulma tarixi: 24.07.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Funksiya: Maliyyə Direktorluğu/Maddi vəsaitlər şöbəsi

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək

İşin Təsviri: Əsas vəsaitlər,satışa dəstək vəsaitlərinin və sərf məhsullarının anbarının idarə
olunmasına dəstək və qeydiyyatının aparılması.
Vəzifə öhdəlikləri:

  •  Yeni alınmış vəsaitlərin sistemə daxil edilməsinə nəzarət etmək;
  •  Alınmış əsas vəsaitlər üçün istismar müddəti və amortizasiya faizini qəbul olunmuş
  • standartlara əsasən təyin etmək ,vəsaitlər haqqında məlumatların sistemə daxil edilməsinə
  • nəzarət etmək;
  • Əsas vəsaitlərin cari (3 aydan bir), illik (il sonu) və operativ inventarizasiyasını aparmaq və
  • vəsaitlərin əməkaşlara təhvil-təslim aktı üzrə təhkim etmək;
  • Əsas vəsaitlərin kodlaşdırılmasını təmin etmək;
  • Əsas vəsaitlər üzrə yerdəyişmələrə nəzarət etmək ,hər bir yerdəyişmə üçün təhvil-təslim aktı
  • tərtib etmək;
  • Satış edilmiş və digər bizneslərdə istismar edilən əsas vəsaitlərin uçotunun düzgün
  • aparılmasını təmin etmək;
  • Təmirə ehtiyacı olun əsas vəsaitləri (tehvil-teslim aktı ilə) təmirə göndərmək;
  • İşdən ayrılan əməkdaşlara təhkim olunmuş vəsaitləri yoxlayaraq təhvil almaq;
  • Rüblük və illik maliyyə və mühasibat hesabatlarının tərtibi üçün həqiqi və etibarlı uçot
  • göstəricilərinin və məlumatların hazırlanması;

Tələblər:

  • İqtisadiyyat, maliyyə və ya muhasibat uçotu üzrə ali təhsil;
  • Əsas vəsaitlərin idarəolunması sahəsində minimum 1 il iş təcrübəsi;
  • MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı;
  • SAP və ya digər ERP proqram bilikləri;
  • İşdə dəqiqlilik və detallara fikirvermə qabiliyyəti;
  • Analitik təhlil, çevik qərarvermə və komandada işləmə bacarığı

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:

  • Nahar ilə təmin edilmə;

İş qrafiki:

  • Həftənin 5 günü saat 08:00-dan 17:00-dək

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Maddi vəsaitlər üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
 
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi