Qonaq əlaqələri üzrə nümayəndə (Naftalan şəhəri)

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Qonaq məmnuniyyətinin artırılması və qonaqlar ilə ünsiyyət qurmaq bacarığı;
  • Qonaqlara otelin standartlarına müvafiq şəkildə xidmət göstərilməsini təmin etmək və bununla bərabər müsbət münasibətlər çərçivəsində otelin mənfəət gətirmə qabiliyyətini inkişaf etdirmək;
  • Qonaqların razı qalmasını təmin etmək, oteli nümunəvi təmsil edən bir nümayəndəyə çevrilmək;
  • Qonaqlar və otel işçiləri ilə münasibətlərdə bütün otelin xidmət standartlarına riayət edilməsini təmin etmək;
  • Qabaqcadan sifarişləri yoxlamaq və qonaqların istəklərinə nəzarət etmək, bütün standartların qaydasında getməsindən əmin olmaq;
  • Ön Ofis Qeydiyyat Masasına zəng vuran hər bir şəxsin zənginə cavab verilməsini təmin etmək;
  • Qonağın istəkləri barədə yenilənən məlumatları izləmək, bu barədə qonaqlarla əməkdaşlıq etmək və əldə edilən məlumatları əməkdaşlara ötürmək;
  • Satış proqramları vasitəsi ilə otelin maksimum gəlir əldə etməsini təmin edilməsindən əmin olmaq;
  • Qonaqlarla sağlam və etibarlı münasibətlərin qurulmasını təmin etmək;
  • Maksimum nəticə əldə etmək üçün vaxt və material kimi mənbələrdən səmərəli istifadə etmək.

Namizədə qarşı tələblər:

  • Turizm və Otelçiliyin İdarəedilməsi sahəsində ali təhsil
  • Səlis Azərbaycan, İngilis və Rus dili
  • Sakit və təmkinli qalmaq şərtilə, dəyişkən mühit çərçivəsində çoxsaylı tapşırıqları icra edə bilmək.
  • Həftədə 7 gün, 24 saat fəaliyyət göstərən mehmanxana sahəsində dəyişkən iş vaxtı və novbələrə rahat uyğunlaşa bilmək və işləyə bilmək.
  • Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı olmaq və qonaqlarla münasibət qurmağı bacarmaq.
  • Təşkilatçılıq və liderlik qabiliyyətinə malik olmaq.
  • Ön Ofis sitemlərini (PMS Software) və Microsoft Windows proqramlarını bilmək.
  • Otel və ya Müştəri xidmətləri sahəsində iş təcrübəsi olmaq.
  • Qonaqların gözləntilərini üstələməklə unudulmaz təəssürat yaratmaq.
  • Qonaqların tələbləri ilə bağlı məsələləri həssaslıqla və peşəkarcasına yanaşma tərzində həll etmək.
  • Sərbəst qərarlar qəbul edən, problemləri özü həll edə bilən, hadisələri yönləndirmək qabiliyyəti olmaq.
  • Müvafiq vəzifə üzrə iş təcrübəsinə malik olmaq arzuolunandır.
  • Hər hansı tapşırılan işi nəzarətsiz müstəqil şəkildə başa çatdırmaq bacarığı və məsuliyyəti olmaq.
  • Komandada işləmək bacarığı olmaq.
  • Davamlı inkişaf və öyrənməyə meyilli olmaq
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

İş şərtləri:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş qrafiki həftənin 5 günü
  • İş saatı: 09:00-18:00
  • İş yeri Naftalan şəhəri

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Qonaq əlaqələri üzrə nümayəndə” yazaraq göndərilməsi xahiş olunur.