Satış üzrə menecer

İşin təsviri

Öhdəliklər:

  • Hotelin biznes strategiyalarını aydın şəkildə başa düşmək, hədəfləri təyin etmək və bu məqsədlərə çatmaq üçün fəaliyyət planlarını hazırlamaq.
  • Fəaliyyət planlarını və maliyyə məqsədlərini hər rüb yeniləmək.
  • Yeni bazarları, biznes imkanlarını müəyyənləşdirmək və satışları artırmq.
  • Müxtəlif tədbirlərdə və sərgilərdə hoteli təmsil etmək.
  • Satış fəaliyyət planlarını həyata keçirmək.
  • Korporativ müştərilərə hotelə baxış səfərlərini təşkil etmək.
  • Müştəriyə hər zaman ən yüksək keyfiyyətli xidməti göstərmək.
  • Toplanmış məlumatlara əsasən satış komandası ilə qarşılıqlı əlaqəyə əsaslanaraq əlavə təlim ehtiyaclarını müəyyən etmək.
  • Lazım gəldikdə şöbə və hotel iclaslarında iştirak etmək.
  • Şirkət üçün əsas satış potensialının hədəflənməsi.
  • Gələcək rezervasiyaları təmin etmək üçün mövcud və yeni müştərilərlə əlaqələr qurmaq.
  • Satış imkanlarını, müştəri bazasını gücləndirmək və genişləndirmək üçün xarici ölkələrdə səfərlərdə olmaq.
  • Müştərilər üçün satış təkliflərinin hazırlanmaq.
  • Hotelin üstünlüklərini və imkanlarını izah etmək üçün şirkətlərin nümayəndələri ilə görüşlər keçirmək.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil.
  • Müvafiq vəzifədə ən azı 5 il iş təcrübəsi.
  • Peşəkar, işgüzar görünüş və təqdimat;
  • Problemləri həll etmə bacarığı;
  • Əla təşkilatçılıq və inzibati bacarıqlar;
  • Kompüter bilikləri: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
  • Dil bilikləri: Azərbaycan dili və rus dili – sərbəst, ingilis dili – yaxşı səviyyədə.

İş şəraiti:

  • 5 günlük iş qrafiki;
  • Gündəlik qidalanma şirkət tərəfindən təmin olunur;
  • İş saatları: 09:00-18:00 (Şənvə və bazar istirahət günü)
  • Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq təyin edilir;
  • Könüllü tibbi sığorta (işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası) təmin edilir.
  • Əməkdaş yaşayış yeri və gündə üç dəfə qidalanma ilə təmin edilir;
  • İş yeri: Naftalan şəhəri, Garabagh Resort&Spa Naftalan Hotel.

Uyğun namizədlər, CV-lərini ünvana başlıq hissəsinə “Satış üzrə menecer” qeyd edərək göndərə bilərlər.

 Son müraciət tarixi: 31.08.2024