Baş mühəndis

İşin təsviri

Əmək funksiyası tələbləri:

  • Texniki şöbənin düzgün təşkilini, idarə olunmasını təmin etmək;
  • İllik texniki fəaliyyət planını hazırlamaq və təsdiqlədərək icra etmək; 
  • Texniki şöbənin iş həcminə və prioritetlərə müvafiq olaraq iş qrafiklərinin tərtib edilməsinə nəzarət etmək;
  • Qurğu və avadanlıqlara profilaktik texniki xidmət, qonaq otaqlarında texniki xidmətlərin yerinə yetirilməsinə nəzarət etmək;
  • Binanın, onun içindəkilərin və ətrafının hər zaman optimal vəziyyətdə olmasını təmin etmək üçün digər gündəlik ümumi təmir və təmir işləri ilə birlikdə effektiv problem hesabatı sisteminin tətbiqinə rəhbərlik etmək;
  • Bütün daxili şöbələrin şikayətləri və sorğularına nəzakətlə və effektiv şəkildə cavab verildiyinə, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq;
  • Bütün mexaniki və elektrik qurğularının və ya avadanlıqlarının, soyutma qurğuları, soyuducular, kondisionerlər və fanlar, nasoslar, qazanlar Avtomatik İdarəetmə Sistemləri, kanalizasiya və s. hər bir elementi üçün profilaktik təmir cədvəllərini tərtib etmək. Bu cədvəlləri kompleks profilaktik baxım sxeminin işlənib hazırlanmasına daxil etmək, onun davamlı həyata keçirilməsində köməkçisinin, onun ixtisaslı, yarımixtisaslı ustalardan ibarət komandasının işinə rəhbərlik etmək və onlara nəzarət etmək;
  • Texniki şöbənin fəaliyyətinin və tələb olunan ərazilərin təkmilləşdirilməsi məqsədilə daimi yeni təkliflər hazırlayaraq rəhbərliyə təqdim etmək və təsdiq olunduqda icrasını həyata keçirmək;
  • Bütün bitkilərin və yaşıllaşdırmanın hər zaman yaxşı vəziyyətdə olmasını təmin etmək.
  • Texniki şöbənin müntəzəm daxili hesabat görüşlərində iştirak etmək və tələb olunduqda, daxili təlimatlandırma və iclasların səmərəli şəkildə təşkil edilməsini təmin etmək;
  • Şöbənin tələblərə uyğun fəaliyyətini təşkil etmək məqsədilə digər şöbələr ilə qarşılıqlı əlaqə qurmaq və idarə etmək;
  • Qonaqpərvərlik standartlarına riayət etmək, qonaqlarla əlaqədar texniki xidmət sorğularının vaxtlı-vaxtında tamamlanmasını təmin etmək;
  • Xidmətlərin təkmilləşdirilməsi, xərclərin azaldılması, keyfiyyətin yaxşılaşdırılması, risklərin azaldılması, texniki qulluq və iş yerinin effektivliyinə təsir edən digər müvafiq amillərə yönəlmiş təşəbbüsləri fəal şəkildə müəyyənləşdirmək və tövsiyə vermək;
  • Bina, onun sistemləri və istismar prosedurlarının qüvvədə olan daxili prosedurlar və qanunvericiliklə uyğunluq təşkil etməsinin təmin olunmasını təmin etmək, hər hansı uyğunsuzluq aşkar edildikdə, bu barədə rəhbərliyə xəbər vermək;
  • Texniki şöbənin bütün qeydiyyat jurnallarının qeydlərinə nəzarət etmək və onları yoxlayaraq təsdiqləmək;
  • Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və aidiyyəti şəxslərə potensial təhlükələr haqqında məlumat vermək;
  • Əmək təhlükəsizliyi, ilkin tibbi yardım, yanğın və fövqəladə hal proseduraları ilə tanış olmaq və avadanlıqları təhlükəsiz və effektiv tərzdə istismarını təşkil etmək;
  • Bütün işçilərin daxili qaydalara və təlimatlara, texniki təhlükəsizlik, SƏTƏM-lə bağlı siyasət və prosedurlara riayət etmələrini təmin etmək;
  • Bütün işçilərin işçilər üçün nəzərdə tutulmuş təlimat və qaydaları tam olaraq başa düşdüklərini və onlara riayət etmələrini təmin etmək;
  • Fövqəladə halların aradan qaldırılması üzrə tədbirlər, habelə bütün həyat təhlükəsizliyi, yanğından mühafizə sistemlərinin istismarı, texniki xidmətinə dair planın hazırlanması və icrasına təmin etmək;
  • Texniki şöbənin işçiləri ilə illik fəaliyyət göstəricilərinin inkişaf etdirilməsinə dair müzakirələr aparmaq və öz peşəkar inkişaf hədəflərinə nail olmaqda onlara dəstək olmaq;
  • Əməkdaşları yaradıcı və novator olmağa təşviq etmək, müəssisənin və şöbənin müvəffəqiyyət qazanması üçün onları stimullaşdırmaq və rəğbətləndirmək;
  • Bütün prosedurların yenilənməsini və standartlara əməl olunmasını təmin etmək;
  • Texniki şöbənin xarici görünüşlə bağlı tələbləri bilməsi, müvafiq uniformanı geyməsi, xarici görünüş və gigiyena ilə bağlı yüksək standartlara cavab verməsini təmin etmək;
  • Tabeliyində olan əməkdaşların işində fərqləndiyinə görə mükafatlandırılması və ya nizam-intizam qaydalarınin pozulmasına görə tənbeh edilməsi barədə rəhbərliyə təqdimat vermək, ixtisasartırma və təlimlərə ezam olunması barədə təqdimatlar vermək;
  • Texniki şöbənin lazımi əməkdaşları üçün müvafiq sertifikatların və lisenziyaların alınmasını idarə etmək;
  • İnsan Resursları şöbəsi və texniki şöbədaxili təlimçilərlə birgə iş aparmaqla əməkdaşlar üçün effektiv təlim proqramları yaradılmasına və həyata keçirilməsinə nəzarət etmək;
  • Müvafiq təlim, maarifləndirmə və ya təlimlər yolu ilə texniki şöbənin bütün işçilərinin bilik və bacarıqlarını inkişaf etdirilməsinə və onların effektivliyini yüksəldilməsinə nail olmaq;
  • Yeni Komanda üzvlərinin seçilməsində bilavasitə iştirk etmək;
  • Biznesin maliyyə hədəflərini həyata keçirmək, eləcə də qonaqların ümidlərini doğrultmaq məqsədi ilə bir neçə peşənin birləşdirilməsi, eyni zamanda bir neçə tapşırığın görülməsi və çevik iş qrafikinin tərtib edilməsi yoluyla işçilərin məhsuldarlığını artırmaq;
  • Texniki şöbənin effektiv idarə edilməsini təmin etmək üçün illik CAPEX və OPEX büdcələrini formalaşdırmaq, idarə etmək və nəzarəti təşkil etmək;
  • Kapital qoyuluşu və əməliyyat xərcləri ilə bağlı dəqiq və vaxtında proqnozlar yaratmaq üçün əməliyyat qruplarına dəstək vermək;
  • Bütün enerjiyə qənaət prosedurlarının icrasına nəzarət etmək və hər hansı uyğunsuzluq və ya pozuntular haqqında rəhbərliyə xəbər vermək, aradan qaldırılması üçün tədbirlər planı təqdim etmək;
  • Texniki şöbənin daxili hesabat görüşlərinə rəhbərlik etmək və tələb olunduqda, daxili təlimatlandırma və iclasların səmərəli şəkildə təşkil edilməsinə tövsiyyələr vermək;
  • Aylıq kommunal xidmətlərə dair (elektrik enerjisi, qaz, su) müqayisəli sərfiyyat hesabatları hazırlamaq və kommunal xidmətlərin bütün ölçü-nəzarət cihazlarının düzgün kalibrlənməsini mütəmadi olaraq yoxlamaq;
  • Təmir və xidmət üçün lazımi materialların və ehtiyat hissələrinin sifarişini əvvəlcədən planlaşdıraraq icra etmək;
  • Texniki ehtiyat hissələri və ləvazimatların əldə edilməsi məsələsində maddi-texniki təchizat şöbəsinə ilə görüşlər təşkil etmək və səmərəliliyi artırmaq;
  • Satınalma üçün sorğular hazırlamaq və maddi-texniki təchizat şöbəsi ilə birlikdə onu icra etmək;
  • Kənar podratçıların və ya məsləhətçilərin cəlb olunduğu bütün işlər üçün müvafiq spesifikasiyaları tərtib etmək;
  • Müvafiq tələblərə uyğun olaraq lazımi avadanlıqlara xidmət üçün müqavilələrin bağlanması prosesində iştirak etmək. Avadanlıq və sistemlər üçün bütün bu cür müqavilələrin şərtlərinin tam yerinə yetirilməsini təmin etmək üçün xidmət podratçılarının işini əlaqələndirmək və nəzarət etmək;
  • Ətraf mühit problemləri haqqında məlumatlandırma və ətraf mühitin mühafizəsi ilə bağlı proqramların monitorinqi və idarə edilməsinə kömək etmək, hotel çərçivəsində bütün şöbələrin müvafiq təlimatlara riayət etməsini təmin etmək;
  • Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək;
  • PMD Hospitality dəyərlərini nümayiş etdirməklə müəssisənin fəaliyyətinin həyata keçirməsində fəal iştirak etmək.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil.
  • Müvafiq vəzifədə ən azı 5 il iş təcrübəsi.
  • Texniki xidmətlərin təşkili qaydaları;
  • Peşəkar, işgüzar görünüş və təqdimat;
  • Problemləri həll etmə bacarığı;
  • Əla təşkilatçılıq və inzibati bacarıqlar;
  • Kompüter bilikləri: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
  • Dil bilikləri: Azərbaycan dili – sərbəst, rus və ya ingilis dili – yaxşı səviyyədə.

İş şəraiti:

  • 5 günlük iş qrafiki;
  • Gündəlik qidalanma şirkət tərəfindən təmin olunur;
  • İş saatları: 09:00-18:00;
  • Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq təyin edilir;
  • Könüllü tibbi sığorta (işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası) təmin edilir.
  • Əməkdaş yaşayış yeri və gündə üç dəfə qidalanma ilə təmin edilir;
  • İş yeri: Naftalan şəhəri, Garabagh Resort&Spa Naftalan Hotel.

Uyğun namizədlər, CV-lərini e-mail ünvana başlıq hissəsinə “Baş mühəndis” qeyd edərək göndərə bilərlər.

Son müraciət tarixi: 10.01.2024