Qonaq əlaqələri üzrə menecer

İşin təsviri

Şöbə: Ümumi idarəetmə

Tabeçilik: Direktor

Əmək funksiyası tələbləri:

  • Müştərilərə qaldıqları müddətdə yüksək səviyyəli qonaq xidməti təcrübəsi təqdim etmək;
  • Müştərilərin gəldikdən sonra düzgün qarşılanmasını təmin etmək;
  • Gündəlik rezervasiyalara nəzarət etmək və təyin olunmuş otaqların qeydiyyatdan əvvəl hazırlandığından əmin olmaq;
  • Rezervasyonlar və maliyyə əməliyyatları daxil olmaqla, giriş və çıxış prosedurlarına nəzarət etmək;
  • Hoteldə qonqların müştəri məmnuniyyəti ilə bağlı rəylərini almaq;
  • Şikayətləri aktiv şəkildə dinləmək və həll etmək;
  • Əlillər, yaşlılar, uşaqlar və VIP kimi xüsusi qonaqların fərdi xidmətlər almasını dəstək olmaq;
  • VIP qonaqları qarşılamaq və onlara lazimi dəstəyi göstərmək;
  • Qonaqlar və işçi heyəti arasında əlaqəni koordinasiya etmək və müştəri narahatlıqlarını həll etmək üçün prosesləri izləmək;
  • Müştərilərə səhər yeməyi və yemək seçimləri daxil olmaqla, hotel xidmətlərimiz haqqında məlumat vermək;
  • Təklif olunan bütün hotel imkanlarını, rahatlıqlarını və proqramlarını təbliğ etmək;
  • Komandanın fəaliyyətini qiymətləndirmək və müntəzəm hesabatlar hazırlamaq;
  • Ümumi rahat qonaq təcrübəsi təmin etmək üçün adiyyatı şöbələr ilə əlaqə saxlamaq;
  • Gündəlik vəzifələri nəzərdən keçirmək və işin gedişatını yoxlamaq;
  • Hotel qonaq kitabından və onlayn rəylərdən müştəri rəylərini təhlil etmək və reytinqləri yaxşılaşdırmaq yollarını təklif yollarını hazırlamaq;
  • Nahar etmək, alış-veriş etmək və görməli yerləri görmək üçün yerli turistik yerləri tövsiyə etmək;
  • Daimi hotel müştəriləri ilə dostluq münasibətləri qurmaq.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil (Qonaqpərvərlik menecmenti, Turizm, Biznesin idarə edilməsi və ya müvafiq sahədə bakalavr dərəcəsi).
  • Müvafiq vəzifədə ən azı 3 il iş təcrübəsi.
  • Peşəkar, işgüzar görünüş və təqdimat;
  • Problemləri həll etmə bacarığı;
  • Əla təşkilatçılıq bacarıqlarığı;
  • Mükəmməl ünsiyyət və aktiv dinləmə bacarıqlarıqları;
  • Komandanı yüksək performansa həvəsləndirmək bacarığı ilə yanaşı liderlik bacarıqları;
  • Çevik saatlarla işləmək bacarığı;
  • Güclü məsuliyyət hissi və peşəkar təqdimat;
  • Kompüter bilikləri: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
  • Dil bilikləri: Azərbaycan dili – sərbəst, rus və ya ingilis dili – yaxşı səviyyədə.

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • Gündəlik qidalanma şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq təyin edilir;
  • Könüllü tibbi sığorta (işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası) təmin edilir.
  • Əməkdaş yaşayış yeri ilə təmin edilir;
  • İş yeri: Naftalan şəhəri, Garabagh Resort&Spa Naftalan Hotel.

Uyğun namizədlər, CV-lərini e-mail ünvana başlıq hissəsinə “Qonaq əlaqələri üzrə menecer” qeyd edərək göndərə bilərlər.

Son müraciət tarixi: 10.01.2024