Keyfiyyətə təminat üzrə mühəndis

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 12.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Geniş və strukturlaşdırılmış test planları və test nümunələri yaratmaq
  • Test fəaliyyətlərini müəyyən etmək, prioritetləşdirmək ,planlamaq və əlaqələndirmək
  • Mövcud alətlərdən istifadə edərək avtomatlaşdırılmış skriptləri dizayn etmək, yaratmaq və tətbiq etmək
  • Xətaları müəyyən etmək,qeyd etmək və izləmək
  • Xətalar aradan qaldırıldıqdan sonra reqressiya testini həyata keçirmək
  • Müştəri ehtiyaclarını ödəmək üçün yeni və mövcud məhsullar üçün test proseslərini hazırlamaq və tətbiq etmək
  • Keyfiyyət təminatı üzrə təcrübələri və standartları tərtibatçılara öyrətmək və onlara nəzarət etmək
  • Hadisələrin və xətaların səbəblərini araşdırmaq
  • Baş verən xətaların sıxlığı və açıq xətaların sayları kimi keyfiyyət təminatı göstəricilərini izləmək

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Test avtomatlaşdırma mühəndisi kimi 3 il iş təcrübəsi tələb olunur. GUI testlərinin yaradılmasında minimum 2 il iş təcrübəsi.
  • Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: İngilis dili:əla, Azərbaycan dili:əla
  • Üstünlüklər: Python dilindən istifadə edərək testlər yazma bacarığı. TDD və BDD haqqında kifayət qədər bilikli olmaq. Agile (Scrum, Kanban) metodologiyası üzrə iş təcrübəsi
  • Kompüter bilikləri: Asp.Net:orta , C#:orta , Gatling:əla , Docker:əla , JMeter:əla , Kubernetes (k8s):əla , MSSQL(T-SQL):əla , PostgreSQL:əla , Postman:əla , Selenium:əla , Grafana:əla , Kafka:əla , Rabbit MQ:əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, biznes tərəfdaşlığı, inam yaratma, geniş perspektiv, dəyişikliklərə uyğunlaşma.

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi