Baş aşpaz

  • Resant Group
  • Elanın qoyulma tarixi: 03.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəliyi:

  • Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək;
  • Lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq, onun vaxtında çatdırılmasına və tələb olunan standarta cavab verməsinə nəzarət etmək;
  • Aşpazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlamaq sahəsində olan yenilikləri və həmçinin yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək.
  • Aşpaz və yardımçı heyət də daxil olmaqla yeni işçiləri təlimatlandırmaq və istiqamətləndirmək;
  • Müvafiq ərzaq sifariş etmək üçün satışa cavabdeh məsul şəxslə mütəmadi görüşmək;
  • Müştərilərin sifarişinin düzgün hazırlanması məqsədilə planlaşmanı, büdcəni və ərzağın alınması prosesini tənzimləmək;
  • Yeməklərin vaxtında hazır olmasını və gecikmədən mətbəxdən çıxmasını təmin etmək və tabe heyəti vaxtaşırı təlimatlandırmaq;
  • Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıların minimuma endirilməsinə nəzarət etmək;
  • Dequstasiya prosesinə hazırlığı həyata keçirmək.

Tələb olunan bilik, bacarıq və təcrübə:

  • Baş Aşpaz vəzifəsində, yerli və dünya mətbəxi sahəsi  üzrə 3-5 il iş təcrübəsi;
  • Məsuliyyətli, diqqətli və ünsiyyətcil, yüksək idarəetmə bacarığı olmalı;
  • Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı;

Maraqlanan namizədlər mail ünvanına mövzu hissəsində “Baş aşpaz” qeyd edərək CV göndərə bilərlər.

İşəgötürənin reytinqi