İşin təsviri
İş yeri:Bakı
Hansı bacarıqlara sahib olmalısınız:
- Xarici satış kanallarını müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onlara nəzarət və təhlilini aparır.
- Email marketinq sahəsində mütəmadi olaraq mass mail konseptlərinin hazırlayır və təqdimatını aparır;
- Müştəri bazasını genişləndirir;
- Şirkət bloqunun moderasiyasını aparır;
- Şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlayır və gedişi ilə əlaqədar departamentin rəhbərinə hesabat yazaraq təqdim edir;
- İnternetdə bazara çıxarılan məhsulun irəli getməsini təhlil edir;
- Müştərilərdən gələn sorğuları cavablandırır;
- Tizer və banner şəbəkələri ilə iş aparır;
- Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparır;
- Satış məqsədləri üçün PR və reklam mətni hazırlayır;
- İstifadə olunan saytların effektivliyini təhlil edir;
- Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin edir;
Bizim tələblər:
- Ali təhsil (marketing üzrə);
- Ənənəvi və Rəqəmsal marketinq üzrə təcrübə, bütün növ dijital platformalarda (Facebook Business, Instagram, TikTok, YouTube, LinkedIn və s);
- Brendə uyğun strategiyanın və rüblük marketing planının yaza bilmək
- Dil bilikləri: Azərbaycan və Rus dili səlis, İngilis yaxşı səviyyədə (danışıq və yazılı);
- Marketing sahəsində 2il və daha artıq təcrübə;
- İnsanlarla əla ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Yaradıcılıq, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı;
Təkliflərimiz:
- İş qrafiki: həftə içi 5 gün ( 09:00-18:00)
- Şirkət tərəfindən nahar
- Koorporativ telefon
- Daimi iş yeri
- Sadiq və peşəkar komanda
Maraqlanan namizədlər mövzu yerində “Marketinq üzrə mütəxəssis ” yazmaqla öz CV-lərini e-mail ünvanına göndərə bilərlər.