Layihələrin qiymətləndirilməsi üzrə baş mütəxəssis

İşin təsviri

Vəzifənin ümumi təsviri:

Layihə resurslarının və qiymətinin hesablanması və xərclərə nəzarət, eyni zamanda Layihə risklərinin idarəedilməsi.

Əsas cavabdehlik sahəsi:

  • Layihə üçün ilkin seçim yönümlü və təfərrüatlı hesablamalar smetasının hazırlanması;
  • Müxtəlif layihələr üzrə xərclərin qiymətləndirilməsi metodologiyalarının hazırlanması və nəzərdən keçirilməsi;
  • Qərarvermə mərhələsində zəruri olan Qərar Dəstəkləyici Sənədlər Toplusunu, Layihənin Həyata keçirilmə Planı və digər lazımlı sənədlərin nəzərdən keçirilməsi və iqtisadi dəyərləndirməsinin aparılması;
  • Layihə ilə bağlı olan xərclərin mühəndislik işlərinin görüldüyü fazada və icra mərhələsində iqtisadi qiymətləndirilmənin həyata keçirilməsi;
  • Xərclərin təqdim olunan bazası nəzərə alınmaqla xərcləri əhatə edən qiymətləndirmə işləri;
  • Texniki heyətin və rəhbərliyin AÇG, Şah Dəniz, Abşeron, dənizdə və quruda həyata keçirilən digər layihələr ilə əlaqəli maliyyə modellərinin nəticələri ilə təmin edilməsi;
  • Məlumat və faktlar üzərində monitorinq həyata keçirməklə mümkün problemlərin aşkar edilməsi və qiymətləndirilməsi;
  • Xərclərin təhlili vasitəsilə xərclərin azaldılması imkanlarının araşdırılması və müəyyən edilməsi;
  • Dəyişikliklər prosesi dövründə xərclər smetasının təmin edilməsi və dəyişikliklərin xərclərə təsiri ilə bağlı məlumatlandırılması; Fəaliyyətin qeydə alınması və nəzarət edilməsi;
  • Layihə ilə bağlı iclaslarda iştirak etmək və Layihənin İdarəedici Komandası  və digər tərəfdaşlarla müzakirələrin aparılması;
  • Layihə ilə bağlı xərclərin səmərəliliyinin və mənfəətliliyinin qiymətləndirilməsi;
  • Professional bacarıqların təkmilləşdirilməsi məqsədilə müvafiq mühəndislik və xərclər üzrə mühəndislik təlim proqramlarında iştirak edilməsi.

Tələb olunan təhsil səviyyəsi:

  • Layihələrin idarəedilməsi və Neft-Qaz İqtisadiyyatı üzrə bakalavr dərəcəsi;
  • Magistr dərəcəsinə üstünlük verilir.

Tələb olunan iş təcrübəsi və iş tələbləri:

  • Minimum 5 il müvafiq iş təcrübəsi; 
  • Neft və qaz sənayesi sahəsində minimum 3 il iş təcrübəsi;
  • Layihələrin idarə olunması təcrübəsinə malik olmaq;
  • Layihələri qiymətləndirmək bacarığına malik olmaq;
  • Normativ texniki sənədlərin tələblərinə uyğun iş bacarığı;
  • Neft və qaz sənayesində beynəlxalq mühəndislik və idarəetmə standartları;
  • MS Ofis və digər mühəndislik qrafika proqramlarında işləmə bacarığı;
  • İngilis və Azərbaycan dillərində yaxşı yazı və şifahi ünsiyyət bacarıqları.

 

Müraciət üçün:  [email protected]