Müştəri dəstəyi üzrə operator

  • Prior Leasing
  • Elanın qoyulma tarixi: 04.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:   

  • Ali təhsil; 
  • Online satış sahəsində iş təcrübəsi arzuolunandır;     
  • Azərbaycan və Rus dilləri səlis danışıq və peşəkar yazışma, ingilis dili (arzuolunandır);  
  • Səlis nitq və fikrin düzgün izah edilməsi, yüksək ünsiyyət qabiliyyəti;
  • MS Office proqramlarında işləmək. 

Vəzifə öhdəlikləri:  

  • Məlumat Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və kampaniya, şərtlər, məhsullar haqqında sualları operativ cavablandırmaq;  
  • Məlumat Mərkəzinə daxil olan zənglərin CRM proqramında qeydiyyatını aparmaq; 
  • Daxil olan araşdırma və dəqiqləşdirmə müraciətlərini digər şöbələrə yönəltmək və prosesin gedişatına nəzarət etmək; 
  • Şirkətlə müştəri arasında düzgün koordinasiya yaratmaq;
  • Müştərilərin şikayət, təkliflərini dinləmək, həllinə yönəlmək. Aylıq fəaliyyət üzrə hesabat tərtib edərək, rəhbərliyə təqdim etmək.

İş şərtlərimiz:

  • Əmək haqqı: 500 - 554 AZN;   
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30.    

Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə. 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Müştəri dəstəyi üzrə operator” yazaraq göndərmələri xahiş olunur. 

Email:  [email protected]

 

İşəgötürənin reytinqi