Aparıcı Lizinq mütəxəssisi

  • Prior Leasing
  • Elanın qoyulma tarixi: 21.08.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Ucar filialı
Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Bank sektorunda 2 il iş təcrübəsi;
  • İşdə düzgünlük və operativlik;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyət və diqqətlilik;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Sənədlərlə düzgün işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Daxili qayda və prosedurlara müvafiq olaraq müraciətləri emal etmək;
  • Müştəri ilə görüş təşkil etmək, mövcud biznesin maliyyə təhlilini aparmaq və növbəti mərhələyə keçirmək;
  • Sənədələşmə üzrə müvafiq tapşırıqları yerinə yetirmək;
  • Memorandumları təsdiqləmədən öncə yığılmış məlumatları sənədlərlə üzləşdirib sistemdə yoxlamaq;
  • Müştərinin ödəniş tapşırığı hazırlanması sifarişini vermək, sənədləri imza üçün çap edib müştəriyə təqdim etmək;
  • CRM üzərindən müvafiq qeydləri aparmaq, aidiyyati üzrə sifariş vermək (qiymətləndirmə və sığorta);
  • Verilmiş məhsullar üzrə ödənişlərə nəzarət etmək və gecikdirilən ödənişlərə dair işləri daxili qaydalara uyğun aparmaq

Qeyd: şəxsi avtomobil və sürücülük vəsiqəsi mütləqdir (yanacaq və təmir xərcləri şirkət tərəfindən qarşılanacaq)
İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün)
  • İş saatları: 09:00-18:00
  • Karyera inkişafı imkanları
  • İş yeri: Ucar rayonu, Qarabörk kəndi, (Ucar avtovağzalın yanında)
  • Əmək haqqı: 700 AZN+bonus

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Lizinq mütəxəssisi” və qarşısında müvafiq regionu yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya 050 273 04 92 whatsapp nömrəsinə  göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi