Prior Leasing


“Prior Leasing” şirkəti 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdi sahibkarlar tərəfindən təsis edilmişdir. Şirkət ölkənin bütün regionlarında müştərilərinə rahat və operativ xidmət göstərmək məqsədilə, yeni filialların yaradılmasına və iş prosesində innovativ  texnologiyaların istifadəsinə üstünlük verir.  

Hazırda əsas istiqaməti kənd təsərrüfatı texnikasının lizinqi olan “Prior Leasing” bugün müştəriləri olan fərdi sahibkarlara və yerli şirkətlərə yüzlərlə kənd təsərrüfatı texnikası və aqreqatlarını, suvarma sistemlərini, soyuducu anbarlar və emal avadanlıqlarını, tikinti texnikalarını həmçinin  iri və xırda buynuzlu damazlıq heyvanlarını sərfəli lizinq şərtləri ilə təklif edir. “Prior Leasing” şirkəti “Dövlət Aqrar Kredit və İnkişaf Agentliyi”nin Müvəkkil Kredit Təşkilatı seçilərək öz müştərilərinə Agentliyin vəsaitləri hesabına güzəştli lizinq təklif etməyə nail olmuşdur.

Şirkətin ən böyük üstünlüyü geniş təchizat şəbəkəsinə malik olmasıdır. “Prior Leasing” yerli təchizatçılarla yanaşı, xarici şirkətlərlə də uğurlu əməkdaşlıq təcrübəsinə malikdir. Azərbaycan, Avropa, ABŞ, Çin, Türkiyə və digər ölkələrdə olan xeyli sayda texnika istehsalçıları və satıcıları ilə qurulmuş partnyorluq əlaqələri tələb olunan avadanlıqları ən qısa zamanda, əlverişli qiymətlərlə müştərilərə təklif etmək imkanı verir.

“Prior Leasing” olaraq hər zaman daha yaxşı xidmət göstərmək və fəaliyyət sahəmizi genişləndirmək üçün professional komandamızla bərabər əzmlə çalışaraq, müştərilərimizə daşınmaz əmlak, avtomobil və bir çox  məhsulların sərfəli lizinq şərtləri ilə əldə edilməsini təklif edirik. 

“Prior Leasing” məhsullarının sayını artırmaq, xidmət sahəsini daha da genişləndirmək üçün yeni tərəfdaşlar və potensial müştərilərlə əməkdaşlığa açıqdır.

İşəgötürənin reytinqi

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?