Beynəlxalq yüklərin daşınması və e-ticarət sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır.
Oxşar işdə ən azı 1 il təcrübə (ilk öncə öhdəliklərlə tanış olun)
Kompyuter və ofis proqramlarından sərbəst istifadə etmək bacarığı
Yaş həddi: 20-38
BƏY namizədlərə üstünlük verilir
Stress vəziyyətində düzgün qərar qəbul etmək bacarığı
Vəzifə öhdəlikləri:
Gündəlik əməliyyatların düzgün və effektiv icrasına nəzarət etmək;
Uçuşlar və daşımalarla bağlı prosesləri izləmək və vaxtında yoxlamaq;
Şirkətin yerli və xarici partnyorları ilə danışıqlar aparmaq;
ETGB (elektron ticaret Gömrük bəyannaməsi) sənədlərini sistem üzərindən xarici partnyorlara ötürmək;
Bağlamaların SLA-ya (Service Level Agreement) uyğun çatdırılmasına nəzarət etmək, uyğunsuzluqları dərhal aradan qaldırmaq;
Naməlum bağlamaların sahiblərinin araşdırılması;
Yeni paylama nöqtələrinin sistemə əlavə edilməsi və eləcə də xarici partnyorların sisteminə ötürülməsi;
Yeni paylama nöqtələrinin lisenziyalarını müvafiq dövlət portalında yoxlamaq;
Xarici Gömrük yoxlanışı zamanı saxlanılan bağlamaları izləmək və vaxtlı-vaxtında sistemdə yeniləmək;
Yerli Gömrük yoxlanışı zamanı saxlanılan bağlamaları izləmək və vaxtlı-vaxtında sistemdə yeniləmək;
Xarici anbardan göndərilməyən bağlamaları izləmək;
Kompensasiya idarəetməsi (Xarici tərəfdaşlardan gələn məlumatlar əsasında yerli tərəfdaşlara və ya digər icra orqanlarına yansıtma);
Birgə müəssisə ilə APİ inteqrasiya zamanı yarana biləcək məlumat axını problemlərini daima izləmək (saylar, statuslar və s.);
Mərkəzi anbarla daima koordinasiyada olmaq, fiziki olaraq göndərilən qutuların sistem üzərindən doğru olub olmamasını yoxlamaq;
Müxtəlif şöbələr arasında koordinasiyanı təmin etmək və iş axınını optimallaşdırmaq;
SOP (Standard Operating Procedure) sənədlərini hazırlamaq, yeniləmək, əməliyyat proseslərinin SOP-lara uyğun həyata keçirilməsini təmin etmək və uyğunsuzluqları aradan qaldırmaq;
Hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
Ay ərzində itki sayını minimallaşdırmaq.
İş şəraiti:
İş günləri: Həftənin 1-6-cı günləri. Bazar günü: Qeyri-iş günü
İş vaxtı: 10:00-19:00; şənbə günü 11:00-18:00
Ünvan: Bakı ş, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 243, Droqal döngəsi 4