İşin təsviri
Vəzifə tələbləri:
- Ali təhsil arzuolunandır
- Azərbaycan, rus dili arzuolunandır
- Beynəlxalq yüklərin daşınması və e-ticarət sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır.
- Oxşar işdə ən azı 1 il təcrübə (ilk öncə öhdəliklərlə tanış olun)
- Kompyuter və ofis proqramlarından sərbəst istifadə etmək bacarığı
- Yaş həddi: 20-38
- Xanım namizədlər
- Stress vəziyyətində düzgün qərar qəbul etmək bacarığı
Vəzifə öhdəlikləri:
- Məlumat mərkəzinə müxtəlif mənbələrdən, sosial şəbəkələrdən daxil olan zənglərin və müraciətlərin cavablandırılması;
- Gün ərzində daxil olan zənglərin, müraciətlərin qeydiyyatının aparılması;
- Müştərilərə tam doğru və dolğun məlumatın verilməsi;
- Gələn zənglərin və müraciətlərin uyğun namizədə yönləndirilməsi;
- Müştəri sorğularının qeyd edilməsi və müvafiq olaraq cavablandırılması;
- Daxil olan müştəri şikayətlərinə baxılması, həll edilməsi və müvafiq istiqamətlərə yönləndirilməsi;
- Şirkətlə müştəri arasında düzgün koordinasiyanın qurulması; Xarici platformalardan müəyyən “ticketing” sistemlər üzərindən şirkətə aid olan sorğuların müəyyənləşdirilməsi və müvafiq şöbələr ilə əlaqə saxlayaraq sorğuların tez bir zamanda düzgün formada həll edilməsi.
İş şəraiti:
- İş günləri: Həftənin 1-6-cı günləri. Bazar günü: Qeyri-iş günü
- İş vaxtı: 10:00-19:00; şənbə günü 11:00-18:00
- Ünvan Bakı, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 243, Droqal döngəsi 4
- Nahar vaxtı mövcuddur.
- Əmək haqqı: 500-550 AZN
Maraqlanan şəxslər öz CV-lərini “Multiagent” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.