İşə qəbul üzrə baş mütəxəssis

  • Company
  • Elanın qoyulma tarixi: 03.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • İllik işə qəbul planının tərtib edilməsi, illik işə qəbul planına uyğun namizədlərin seçilməsini və planın icrasını təşkil etmək;
  • Səlahiyyətləri çərçivəsində işçi ehtiyatının cəlb edilməsi üçün aidiyyəti üzrə tədbirlər görmək;
  • Boş vakansiyalarla bağlı olaraq elan nümunə formalarının (job brief) hazırlanması, Uyğun namizədlərin seçilməsi üçün müraciətlərə (CV-lərə) ilkin baxış keçirtmək, birbaşa müsahibələrdə iştirak etmək və uyğun namizədlərlə bağlı rəy vermək,  eləcə də müsahibələrin nəticələri barədə namizədlərə məlumatların verilməsinə, namizədlərə iş təklifi məktublarının  hazırlanıb göndərilməsinə nəzarət etmək;
  • İşçi tələb blankının vəzifənin tələbləri və xüsusiyyətləri ilə uyğunluğunu yoxlamaq;
  • Vakansiya üzrə vəzifə təlimatlarını yoxlamaq, çatışmazlıqlar ilə bağlı təkliflər hazırlamaq;
  • Karyera sərgilərində iştirak etmək və şirkəti təmsil etmək;
  • İşə qəbul planın icrası ilə bağlı hesabatların hazırlanmasını təmin etmək;
  • İşə götürən brendinin gücləndirilməsi üçün töhfələr vermək
  • Müxtəlif sosial media platformalarından istifadə edərək potensial namizədləri banka adiyyatı vakansiyalar üzrə cəlb etmək
  • Potensial namizəd hovuzunu yaratmaq və daima yeniləmək
  • Şirkətin istedadların əldə edilməsi proqramını həyata keçirmək
  • Adaptasiya proqramının həyata keçirilməsi.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), rus dili (yaxşı);
  • Müsahibə aparma, Problem həll etmə, analitik düşünmə,yaxşı ünsiyyət, təqdimat və komanda işə işləmə bacarığı;
  • Komputer bilikləri: Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı
  • Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini;

Tələb olunan təhsil və iş təcrübəsi:

  • İnsan Resursları, Psixologiya və ya müvafiq sahə üzrə ali təhsil.
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " İşə qəbul sektoru baş mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Email: [email protected]