İşin təsviri
Tələblər:
- İqtisadiyyat sahələrində ali təhsilli olmalı
- Qida və ya Qeyri qida satış və idarəçilik sahəsində ən az 3 il tərcübəsi olmalıdır
- MS Office proqramında baza bilikləri olmalı
- B kateqoriyalı avtomobil idarə etməyi bacarmalı
- Ünsiyyət qurmaq, inandırmaq qabiliyyəti, səlis danışma bacarığı olmalıdır
- Liderlik qabiliyyəti olmalıdır
Vəzifə Öhdəlikləri:
- Ərazi daxilində (ölkə daxili) müvafiq məhsulların satışının təşkil edilməsi və nəzarətinin həyata keçirilməsi.
- Tabeçiliyində olan işçilərin iş planının və günlük proqrama uyğun olaraq çalışıb-çalışmadıqlarının kontrolu.
- Ekspeditorlar və baş ekspeditorlar arasında hədəf bölgüsünün edilməsi və reallaşmasının kontrolu.
- Tabeçiliyində olan işçilərin satış hədəflərinə çatması üçün həvəsləndirmək.
- Şəxsi performansı zəif olan işçilər ilə əraziyə çıxaraq yerindəcə lazımi yönləndirmələrin edilməsi.
- Rəqib fəaliyyətləri haqqında təsbit edilən məlumatların dəyərləndirilməsi və müvafiq şöbələr ilə görüşərək tədbir görülməsi üçün təkliflər verilməsi.
- Bazardakı məhsul hərəkətlərinin araşdırılması, lazımi hallarda tədbirlərin başladılması üçün rəhbərə müraciət edilməsi.
- Müştəri üzrə məhsul penetrasiyasının aylıq kontrolu lazım olduqda raport vermək.
- Tabeçiliyində olan işçilərin fəaliyyətlərinin yaxından kontrol edilməsi, onların performansına uyğun olaraq mükafatlandırma və ya tənbeh prosedurlarının həyata keçirilməsi.
- Satış nöqtələrinin ziyarət edilməsi və təsbit edilən problemlərin həll edilməsi.
- Müştərilər üzrə aylara görə müqayisəli satış hesabatlarının hazırlanması və analiz edilməsi.
- Ekspeditorların ziyarət və satış uğuru faizlərinin həftəlik olaraq kontrolu.
- Satışların artması və ya azalması halında analizlər edilərək lazımi tədbirlərin görülməsi.
- Müqayisəli satış və pazar payı hesabatlarının yoxlanılması. Yeni məhsulların ən qısa zamanda hədəflənən bütün satış nöqtələrinə penetrasiyasının təşkili.
- Yeni işçilərin şirkət prosedurlarına uyğun olaraq həm bazarda, həm də ofis daxilində tədrisinin təşkili.
- Ekspeditorlar və baş ekspeditorlar üzrə ərazi bölgüsünün edilməsi, lazımi hallarda ərazi məlumatlarına dəyişiklik edilməsi.
- İşçilərin geyim qaydalarına və işə davamiyyətinə nəzarət etmək.
- İşçilərin işlərinin, nizam-intizamının, bazara çıxış və geri dönüşünün, həmçinin zamanlarının səmərəli istifadə etmələrini kontrol etmək.
- Müştəri borclarını mühasibatlıq məlumatları ilə qarşılaşdırıb kontrol edilməsi. Hər 3 aydan bir bütün borcların rəsmi olaraq üzləşməsini etmək. Müştərilərdəki borcların alınması
İş şəraiti:
- İş qrafiki: həftə içi 5 gün
İş yeri:
- Lənkəran (Lənkəran, Masalli, Cəlilabad rayonlarında yaşayan namizədlər)
- Gəncə (Gəncə, Yevlax, Mingeçevir şəhərlərində yaşayan namizədlər)
- Xaçmaz (Xacmaz, Quba rayonlarında yaşayan namizədlər)
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Satış Bölmə Rəisi (Bölgələr)” qeyd etməyiniz xahiş olunur.