İR Baş mütəxəssis (Lənkəran)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 14.10.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Təhsil : Ali təhsil;
  • Təcrübə: minimum 3 il (müvafiq sahə üzrə);
  • Dil bilikləri:Azərbaycan dili- əla, İngilis və Rus dili üstünlükdür;
  • Komputer bilikləri (Microsoft office, Excell, Word, PowerPoint, outlook) yaxşı;
  • Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti.

İş haqqında məlumat:

  • Şirkətin vakansiya ehtiyaclarının analiz edilməsi və işə qəbul proseslərinin operativ icra edilməsi;
  • İşə qəbul kanallarının genişləndirilməsi və dövlət müəssisələri ilə əməkdaşlıqların icra edilməsi;
  • Şirkətin ehtiyat işçi bazasının formalaşdırılması;
  • Təşkilati strukturun biznes ehtiyaclarına uyğunluğunun təmin edilməsi;
  • Şirkət üzrə qanunvericilik əməliyyatlarının icra edilməsinin təmin edilməsi;
  • Şirkət üzrə performans idarəetmə sisteminin tətbiqinin təmin edilməsi;
  • Şirkət üzrə əməkdaşların təlim-inkişaf sisteminin tətbiqinin təmin edilməsi və inkişaf ehtiyaclarına uyğun təlimlərin təşkil edilməsi;
  • İnsan Resursları fəaliyyətinə dair hesabatların tərtib edilməsi və məlumatların yenilənməsinin icra edilməsi;
  • Vəzifə təlimatlarının dövrü olaraq aktuallığının yoxlanılması və təmin edilməsi;
  • Şirkətin nizam-intizam proseslərinin icrasının təmin edilməsi;
  • Şirkətin İnsan Resursları siyasətinin qorunması və fəaliyyətin təmin olunması.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir.

İş yeri:

  • Lənkəran şəhəri.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İnsan resursları üzrə baş mütəxəssis (Lənkəran)” qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi