HR Generalist

İşin təsviri

İş barədə məlumat:

  • Şirkətin Təlim və İnkişaf siyasətinə əsasən Təlim və İnkişaf prosesinin təşkili, idarə edilməsi və keçirilməsi
  • Şirkət üçün illik təlim planının hazırlanması
  • Şirkət daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi
  • Şirkətin ehtiyacına müvafiq olaraq bilik səviyyəsini ölçmək üçün sorğular keçirilməsi və qiymətləndirmə prosesinin təşkil edilməsi
  • İşçilərin təlimlərə cəlb etmə və iştiraklarını təmin etmə məqsədilə güclü kommunikasiya strategiyasının qurulması
  • Bütün əməkdaşların təlim sənədlərinin yenilənməsini və 1C sisteminə vaxtlı-vaxtında daxil edilməsini təmin etmək
  • Şirkət işçiləri arasında təlim fəaliyyətini fəal şəkildə təşviq etmək;
  • Şirkət əməkdaşlarına KPİ və bonus sistemi hazırlamaq;
  • İşçinin İş funksiyası/Vəzifələri/Müqavilə ilə bağlı bütün tələb olunan dəyişiklikləri təşkil etmək.
  • Əməkdaşların performansı və iş şəraiti ilə tanış olmaq;
  • Əməkdaşların 3-5 illik karyera inkişaf planını hazırlamaq;
  • Məzuniyyət cədvəlini təmin etmək ;
  • Təlimin effektivliyinin qiymətləndirilməsi üçün metodların hazırlanması üzrə təkliflərin verilməsi və həyata keçirilməsi
  • Aparılan təlimlərin nəticələrinin qiymətləndirilməsi
  • Açıq vakansiyaları təhlil etmək, şirkətdaxili və şirkətxarici elanları hazırlamaq və yerləşdirmək
  • Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı
  • Gündəlik müsahibə cədvəlinin aparılması
  • Namizədlər üçün imtahanların və test yoxlanışlarının təşkili
  • Müsahibədən sonra namizədlərə nəticələrlə bağlı məlumatın verilməsi
  • Müsahibə nəticələrinin database-nin aparılması
  • İşəqəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərini məlumatlandırmaq
  • İşəqəbul və işə xitam verilmə layihələrinin təşkilində yaxından iştirak etmək
  • İş qrafiki: 09:00-18:00
  • Həftədə 2 gün istirahət
  • Əmək haqqı: Min: 1500 azn + bonus
  • İş yeri: Azure BM

Namizədə tələblər:

  • 28-35 yaş arası xanım və bəylər
  • Ali təhsil 
  • İnsan Resursları sahəsində iş təcrübəsi - 3 ildən artıq
  • Azərbaycan,rus dilləri səlis , ingilis dili B2
  • Fiziki sağlam
  • Səlis nitq bacarığı 
  • Ünsiyyətcil 
  • Gülərüz
  • Komanda ilə işləmə bacarığı 
  • Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyəti
  • Stres altında işləmək bacarığı
  • Məsuliyyət, dürüstlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı.

Maraqlanan namizədlərdən CV-lərini mail adresinə göndərməkləri xahiş olunur.