Satış məsləhətçisi

İşin təsviri

Hansı işləri görəcəksiniz:

  • Filiala daxil olan müştəriləri qarşılamaq, istəklərini öyrənmək və ona uyğun məhsullar təklif etmək;
  • Kompaniyalar haqqında müştəriyə məlumat vermək;
  • Satışı həyata keçirtmək;
  • Mağazadakı məhsullar haqqında məlumatlı olmaq, daim öyrənməyə və inkişafa meyil etmək, şirkətin təşkil etdiyi təlim və treninqlərdə iştirak etmək

Hansı super gücləriniz olmalıdır:

  • İnandırma qabiliyyəti 
  • Gülərüzlü, ünsiyyətcil 
  • Satış sahəsində iş təcrübəsi min. 6ay
  • Komandada işləmə bacarığına sahib
  • Nitq mədəniyyəti  
  • 18-27 yaş aralığı
  • Rus və İngilis dilləri üstünlük təşkil edir
  • Tələbələr üçün uyğun deyil 

Biz sizə nələr təklif edirik:

  • Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
  • Partnyor olduğumuz məkanların xidmətlərindən və məhsullarından endirimlə yararlanmaq imkanı;
  • Şirkət daxili təlim və inkişaf imkanları;
  • Karyera yüksəlişi imkanı;
  • 6 günlük növbəli qrafikdə iş rejimi
  • Satış sahəsində nailiyyətlərə görə əmək haqqından əlavə bonuslar.
  • Fix 400 Azn və faizdən ibarət əmək haqqı sistemi(Aylıq gəlir: 550 – 800 Azn)

Bizim komandaya necə qoşula bilərsiniz:

Əgər siz də öz potensialınıza güvənir, satış sahəsində karyera qurub inkişaf etmək istəyirsinizsə və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Satış məsləhətçisi” başlığı ilə elektron poçt ünvanına göndərə bilərsiniz. 

Prime Accessories Mağazalar Şəbəkəsi tərəfindən digər vakansiyalar