İşin təsviri
Hansı işləri görəcəksiniz:
- Bank hesabları üzrə əməliyyatların edilməsi;
- Vergi bəyannamələrinin (ÖMV, Vahid Muzdlu, sadələşmiş vergi), statistik hesabatların hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi;
- Vergi orqanları ilə yazışmalar, kameral məktubların cavablandırılması;
- Elektron qaimə-fakturaların hazırlanması;
- Obyekt, POS/Kassa qeydiyyatı;
- Debitor və kreditorlarla hesablaşmalara nəzarət;
- Əmək haqqının ödənilməsi müddətinə uyğun olaraq bütün əmək haqqı əməliyyatlarının vaxtında və düzgün aparılmasını təmin etmək;
- Rəhbərliyin bu vəzifəyə aid işləri əhatə edən digər göstərişlərinin yerinə yetirilməsi;
- İş prosesində məlumatların məxfiliyinin qorunması.
Hansı super gücləriniz olmalıdır:
- İqtisadiyyat üzrə ali təhsil (maliyyə, mühasibatlıq və oxşar ixtisaslar);
- Mühasib olaraq minimum 1 il iş təcrübəsi;
- MS Office və 1C proqramlarında işləmək bacarığı (yaxşı səviyyədə);
- Vergi Məcəlləsi, mühasibat uçotu üzrə biliklər;
- Elektron hökumət portalları ilə işləmək bacarığı;
- Azərbaycan dilini mükəmməl bilmək (Rus və ingilis dili bilikləri üstünlük sayılır);
- Beynəlxalq mühasibatlıq (ACCA), PMS sertifikatına malik olan və ya hazırda; sertifikatlaşdırma üzərində işləyən namizədlərə üstünlük veriləcək;
- Ünsiyyət qurmaq, fikirlərini ifadə etmək bacarığı.
Biz sizə nələr təklif edirik:
- 5 günlük iş rejimi, şənbə və bazar istirahət;
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
- Şirkət daxili təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi imkanı;
- Mehriban və gənc komanda yoldaşları;
- Korporativ nömrə;
- Əmək haqqı: 1200 Azn (NETT)
- Ünvan: Azure Biznes Mərkəzi
Bizim komandaya necə qoşula bilərsiniz:
Əgər siz də öz potensialınıza güvənir, satış sahəsində karyera qurub inkişaf etmək istəyirsinizsə və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.