İnsan Resursları üzrə menecer

İşin təsviri

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil 
  • Cinsi: Qadın
  • Yaş: 35+ 
  • Dil bilikləri: Azərbaycan səlis yazı və danışıq, (İngilis, Rus dili üstünlükdür);
  • Kompüter bilikləri: Microsoft Office (MS Word, MS Excel), 1 C ilə işləmə bacarığı ;
  • İş təcrübəsi: İR sahəsində ən azı 5 il, müvafiq  vəzifədə azı 3 il iş təcrübəsi (İT xidməti sahəsi üzrə olması üstünlükdür); 
  • İR prosedurları, təlim inkişafla bağlı biliklər;
  • Sahə üzrə sertifikatların olması mütləqdir;
  • İşə qəbul sahəsində iş təcrübəsi;
  • Məsuliyyətli, işgüzar, ciddi, detallara diqqət; 
  • Analitik düşünmə bacarığı;
  • Təqdim, təhlil etmə bacarığı;
  • Ünsiyyət bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Məxfilik prinsiplərinin qorunması;
  • Problemləri müstəqil həll etmə bacarığı;

Vəzifə öhdəlikləri:

  • İnsan Resurslarına dair prosedurların hazırlanması və izlənilməsi
  • Azərbaycan Respublikası Əmək qanunvericiliyi bilikləri
  • İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək
  • İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili
  • Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması
  • Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və yeni təkliflərin irəli sürülməsi
  • Kadr bazasının yaradılması və idarə edilməsi, işçilərin qeydiyyatının aparılması işinin təşkili
  • Məzuniyyət, işəqəbul, xitam, ezamiyyə və s. əmrlərin qanunvericiliyə uyğun tərtib edilməsi
  • Vəzifə təlimatlarının hazırlanması
  • Optimal işçi sayının hesablanması
  • Təşkilati strukturun, ştat cədvəlinin hazırlanması
  • İşə qəbul prosesində vakansiya və müsahibələrin izlənilməsi
  • Öyrənmə ehtiyaclarının öyrənilməsi və təlim matrisinin hazırlanması
  • Vakansiya tələbinin müəyyən edilməsi 
  • Seçilən əməkdaşların müvafiq struktur bölməyə yerləşdirilməsinə dəstək göstərmək
  • İşə qəbul ilə bağlı digər müvafiq fəaliyyətlərin icrasına nəzarət etmək
  • Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və direktroun əmrlərinə müvafiq olaraq işçilərin qəbulu, köçürülməsi və işdən azad edilmələrini vaxtında  həyata keçirilməsinə nəzarət
  • Aylıq hesabatların hazırlanması və təqdimatı

İş şərtləri:

  • Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
  • İş saatları: 09:00-18:00
  • Nahar fasiləsi: 13:00-14:00
  • İstirahət günü: Şənbə və bazar

Üstünlüklərimiz:

  • İnformasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
  • Şirkət tərəfindən nahar.
  • Korporativ nömrə və danışıq limiti.

Əmək haqqı:

  • Əmək haqqı: Razılaşma yolu ilə (bilik və bacarıqlara uyğun),

Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İnsan Resursları üzrə menecer” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

CV və ya Resumelərdə əmək haqqı gözləntisi mütləq qeyd edilməlidir.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.