İşin təsviri
İş haqqında məlumat:
- Departament: Satış
- İş yeri: Bakı, Çinar Plaza (Ezamiyyət mümkündür)
Namizədə dair tələblər:
- Təhsil: Ali iqtisadi və ya ali texniki təhsil;
- Dil bilikləri: Azərbaycan, İngilis dilində səlis yazı və danışıq bacarığı, Rus dilinin olması arzu olunandır;
- Kompüter bilikləri: MS Word, MS Excel, MS PowerPoint və CRM platformaları ilə işləmə bacarığı;
- İş təcrübəsi:Korporativ satış sahəsində ən azı 3 illik iş təcrübəsi;
- Sertifikat: CPSP və ya HubSpot Sales Software sertifikasiyalı namizədlərə üstünlük veriləcək;
- Güclü ünsiyyət və təqdimetmə bacarığı;
- Analitik bacarıq;
- Problem həll etmə;
- Punktuallıq
Vəzifə öhdəlikləri:
- Şirkətin gəlir hədəflərinə çatmaq və aşmaq üçün effektiv satış strategiyaları hazırlamaq və həyata keçirmək;
- Hədəf sektorları və müştəri seqmentlərini müəyyənləşdirmək və cəlb etmək;
- Şəbəkələşmə, tövsiyələr və rəqəmsal marketinq kimi müxtəlif kanallar vasitəsilə yeni iş imkanlarını müəyyənləşdirmək və qiymətləndirmək;
- Prospektiv müştərilərin möhkəm bazasını yaratmaq və saxlamaq;
- Potensial müştəriləri və onların ehtiyaclarını müəyyən etmək üçün bazar araşdırması aparmaq;
- İlk əlaqədən müqavilənin bağlanmasına qədər bütün prosesi idarə etmək;
- Müştəri İdarəetmə Sistemi (CRM) vasitəsilə prosesi izləmək və idarə etmək, vaxtında təqib və dönüşü təmin etmək;
- Potensial müştərilərə təkliflər və təqdimatlar hazırlamaq və təqdim etmək;
- Təklifləri hər müştərinin spesifik ehtiyac və tələblərinə uyğunlaşdırmaq;
- Məhsul və texniki komandalarla sıx əməkdaşlıq edərək təkliflərin dəqiq və mümkün olmasını təmin etmək;
- Bütün müqavilə öhdəliklərinin yerinə yetirilməsini təmin etmək;
- Təyin edilmiş satış hədəflərinə çatmaq, komandanın fəaliyyətini izləmək və davamlı dəstək vermək;
- Yuxarı rəhbərliyə müntəzəm satış hesabatları və proqnozlar hazırlamaq;
- Satış məlumatlarını analiz etmək və tendensiyaları və təkmilləşdirmə sahələrini müəyyən etmək;
- Satış strategiyalarını şirkətin ümumi hədəfləri ilə uyğunlaşdırmaq üçün marketinq, məhsul inkişafı və müştəri dəstəyi komandaları ilə sıx əməkdaşlıq etmək.
İş şərtləri:
- İş saatları: 09:00-18:00
- Nahar fasiləsi: 13:00-14:00
- İstirahət günü: Şənbə və bazar
Üstünlüklərimiz:
- İnformasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
- Karyera irəliləyişlərində yaradılan imkanlar;
- Təlimlərdə iştirak;
- Şirkət tərəfindən nahar.
- Korporativ nömrə və danışıq limiti.
Əmək haqqı:
- Əmək haqqı müsahibə zamanı bildiriləcək
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Satış üzrə mütəxəssis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.
- CV və ya Resumelərdə əmək haqqı gözləntisi mütləq qeyd edilməlidir.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır