Satınalma və Təchizat üzrə kiçik mütəxəssis

İşin təsviri

Vakansiya haqqında məlumat:

  • Departament: Təchizat və Satınalma şöbəsi
  • İş yeri: Bakı, Çinar Plaza 

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil (Logistika, Biznesin idarə edilməsi və ya əlaqəli sahələrə üstünlük verilir); 
  • Cinsi: Kişi/Hərbi xidmət keçmiş;
  • Dil bilikləri: Azərbaycan səlis yazı və danışıq, İngilis, Rus dili orta;
  • Kompüter bilikləri: MS Word, MS Excel, 1 C ilə işləmə bacarığı ;
  • Sahə üzrə müəyyən biliklərə sahib olması (sertifikat olması üstünlükdür);
  • İş təcrübəsi: Anbar, təchizat, satınalma, logistika sahəsi üzrə 3 il iş təcrübəsi (İT xidməti sahəsi üzrə olması mütləqdir);
  • Yaş: 25+35
  • Məsuliyyətli, Detallara diqqət; 
  • Güclü problem həll etmə və analitik düşünmə bacarığı;
  • Təqdim, təhlil etmə bacarığı;
  • Ünsiyyət bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Məxfilik prinsiplərinin qorunması;

Vəzifə öhdəlikləri:

  • Mal Materialların/Məhsulların saxlama rejimlərinə/qaydalarına, mədaxil və məxaric sənədlərinin uçotu və çatdırılması qaydalarına riayət edilməsi;
  • Malların aidiyyati üzrə daşımalarının təmin olunması, marşrutların təyin olunması, izlənməsi;
  • Logistika şirkətləri ilə əlaqələrin yaradılması, danışıqların aparılması;
  • Malların qəbulu, göndərilməsi və onun uçotu;
  • İnventarlaşdırmada iştirak;
  • Ofisdaxili sifarişlərin yerinə yetirilməsi;
  • Aidiyyati danışıqların aparılması;
  • Müştəri sifarişlərinin çatdırılmasını əlaqələndirmək (şərtləri yoxlamaq, müştərilərə zəng etmək, sənədləri tərtib etmək);
  • Əmrin icra müddətlərinə riayət olunmasına nəzarət etmək;
  • Anbarlar arasında malların qrafikə uyğun hərəkətinə nəzarət etmək;
  • Şirkətdaxili nizam-intizam qaydalarına riayət etmək;
  • Rəhbərlik və üst rəhbər tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.

İş şərtləri:

  • İş saatları: 09:00-18:00
  • Nahar fasiləsi: 13:00-14:00
  • İstirahət günü: Şənbə və bazar

Üstünlüklərimiz:

  • İnformasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
  • Karyera irəliləyişlərində yaradılan imkanlar;
  • Təlimlərdə iştirak;
  • Şirkət tərəfindən nahar.
  • Korporativ nömrə və danışıq limiti.

Əmək haqqı:

  • Əmək haqqı: Razılaşma yolu ilə (bilik və bacarıqlara uyğun),

Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Təchizat və Satınalma üzrə kiçik mütəxəssis” yazaraq Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərmələri xahiş olunur. CV və ya Resumelərdə əmək haqqı gözləntisi mütləq qeyd edilməlidir.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.