Korporativ müştərilərlə iş şöbəsinə mütəxəssis / aparıcı / baş mütəxəssis (Müştəri meneceri)

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 13.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Görəcəyiniz işlər: 

  • Təhkim olunmuş cari korporativ müştərilərin idarə edilməsi , məhsul satışının həyata keçirilməsi;
  • Yeni korporativ müştərilərin banka cəlbini və məhsul satışını həyata keçirmək; 
  • Müştəriləri sorğularını lazımi struktur orqanlarla koordinasiya etmək, əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq;                                                
  • Portfelində olan müştərilər üzrə gecikmələrin ilkin təqibini həyata keçirmək;                 
  • Təyin edilmiş rüblük və illik hədəflərə çatmaq üçün lazımı işlərin görülməsi. 

Bizim üçün uyğun namizəd:

  • Ali iqtisadi təhsilə;
  • Azərbaycan dilini səlis bilənə; rus və ingilis dili arzu olunandır;
  • Korporativ müştərilərlə iş sahəsində minimum 1 il təcrübəyə;
  • Yüksək səviyyədə ünsiyyət qurma bacarığına;
  • Stresə davamlılığa;
  • Yüksək səviyyədə satıcılıq xüsusiyyətlərinə sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

https://careers.abb-bank.az/

İşəgötürənin reytinqi