Daxili audit departamentinə İT auditor / İT aparıcı / İT baş auditor

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 15.05.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Görəcəyiniz işlər:

  • İT infrastruktur, siyasət və əməliyyatlarının yoxlanılması və qiymətləndirilməsi;
  • İT sahəsi üzrə risklərin və nəzarət sistemlərinin adekvatlılığının, həmçinin fəaliyyətin səmərəliliyinin və xərclərin effektivliyinin yoxlanılması;
  • Üçüncü tərəf, İT xidmət təminatçıları və autsorsinq razılaşmaları ilə bağlı risklərin qiymətləndirilməsi;
  • İş davamlılığının və fəlakətin bərpası planlarının qiymətləndirilməsi;
  • İT Sistemlərinin və İT İnfrastrukturunun təhlükəsizliyinin adekvatlığının və effektivliyinin yoxlanılması və qiymətləndirilməsi;
  • Məsafədən və yerində auditlər aparmaq,məlumat/məlumat bazalarının təhlilini həyata keçirilməsi;
  • Audit müşahidəsi,tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatların tərtib edilməsi

Bizim üçün uyğun namizəd:

Aşağıda qeyd edilən sahələrdən hər hansı birində təcrübə və biliyə sahib olan:

  • İT sistem inzibatçılığı və ya şəbəkə sahəsində fundamental biliyə
  •  UNİX, Linux əməliyyat sistemləri və ya Windows serves ilə işləmə bacarığına;
  • İT Governance və ya İT Risk sahəsində 1 il təcrübəyə;
  • Proqramlaşdırma və ya DevOps sahəsində 1 il təcrübəyə;
  • Əlaqədar sahələrdə ali təhsil və/və ya sertifikatlara malik olan;
  • Yüksək fərdi xüsusiyyət və dəyərlərə sahib olan;
  • Analitik və kritik düşünmə,
  • Təşəbbüskarlıq və əzmkarlıq,
  • Qərəzsizlik, tərəfsizlik, müstəqillik,
  • Məsələlələrə mikro və makro baxış,
  • Yüksək ünsiyyət bacarıqları,
  • Davamlı inkişaf həvəsi və s.
  • Azərbaycan, ingilis və ya rus dili biliklərinə sahib olan;
  • Vətəndaş qüsursuzluğu olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

İşəgötürənin reytinqi