ABB ASC


Bank haqqında

Bizim Bank Azərbaycan bank sisteminin sabitliyi və ona ölkə daxilində və xaricində etimadı və ölkənin sosial-iqtisadi inkişafının əhəmiyyətli amili olan Ümummilli İnkişaf Bankıdır.

Azərbaycan Beynəlxalq Bankı Azərbaycanda və azərbaycanlıların yaşadığı digər ölkələrdə fərd və qurumlar üçün geniş çeşidli, yüksək keyfiyyətə malik bank xidmətlərindən səmərəli şəkildə istifadə etmək imkanı yaradan universal və yeni texnologiyalara arxalanan bankdır.

Missiyamız

  • Maliyyə xidmətlərini hər kəs üçün əlçatan və əlverişli edərək;
  • Ən qabaqcıl təcrübə və yenilikləri gətirərək;
  • Biznes və insan kapitalını dəstəkləməklə ictimaiyyətimizi gücləndirərək;
  • Azərbaycan iqtisadiyyatının inkişafına və dünyaya inteqrasiyasına töhfə verərək müasir universal maliyyə qrupu kimi müştərilərimizin maliyyə ehtiyaclarını təmin etməkdir.

Strateji baxışımız

  • Müştərilərimizə üstün keyfiyyətli xidmət göstərməklə;
  • İstedadlı və peşəkar liderlər üçün ən arzuolunan işəgötürən olmaqla;
  • Səhmdarlarımıza ən yüksək mənfəət qazandırmaqla;
  • Ən yüksək korporativ idarəetmə standartlarını tətbiq etməklə;
  • Rəqəmsal gələcək üçün ən güclü tərəfdaşlıq yaratmaqla Cənubi Qafqazda aparıcı universal maliyyə qrupu olmaqdır.