İnsan Resursları şöbəsinin Rəhbəri

İşin təsviri

Tələblər:

  • HR üzrə xaricdə əyani bakalavr və ya maqistr təhsili (Menecment, psixologiya və ya insan resursları sahəsində);
  • Bu sahədə ən azı 3 il iş təcrübəsi
  • İnsan Resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
  • AR Əmək qanunvericiliyini mükəmməl bilməli;
  • Azərbaycan və Rus dillərini əla, İngilis dilini yaxşı səviyyədə bilməli;
  • Vaxtın və konfliktlərin effektiv idarəedilməsi.
  • Məsuliyyət, dürüstlük, çeviklik və problem həlletmə bacarığı.
  • MS Office, xüsusilə Excell; 1C proqramı biliyi;
  • Rəhbərliyin tapşırıqlarının keyfiyyətlə və vaxtında yerinə yetirilməsi;

İş barədə məlumat:

  • İnsan Resursları proqramlarının idarə edilməsi
  • Strategiyasının formalaşdırılması, İnsan Resursları siyasətlərini, prosedurlarını , qanunları və standartları işçılərə izah olunması
  • Biznesin strateji məqsədlərinə uyğun olaraq klinikanın strukturunun optimallaşdırılması 
  • Klinika üçün motivasiya proqramlarının hazırlanması
  • İşçilərin qiymətləndirilməsi, təlimi və inkişafı sisteminin hazırlanması və əlaqələndirilməsi, daxili təlim sisteminin keçirilməsi
  • Klinikanın Qayda və Standartlarının işlənib hazırlanması və həyata keçirilməsi, icrasına nəzarət 
  • Klinikanın təşkilati strukturunun və ştat cədvəlinin formalaşdırılması . İnsan Resursları şöbəsinin fəaliyyətini planlaşdırmaq, təşkil etmək. Kadrların idarə edilməsi, iş vaxtının uçotunun aparılması, kadr hesabatlarının və xərclərinin maliyyələşdirilməsi üzrə hesabatların hazırlanması
  • Bütün şöbələr və işçi kateqoriyaları üzrə vəzifə təlımatlarının hazırlanması
  • İşçilərin məlumat bazasının yaradılması . Tətil və iş qrafiklərini planlaşdırmaq. İşə qəbul ehtiyaclarını proqnozlaşdırmaq və s. İnsan Resuraları üzrə bütün əməliyyatların yerinə yetirilməsi
  • İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin edilməsi
  • İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi
  • Bütün əməliyyatların Emas.sosial.gov.az, e-sosial elektron portalında işlənilməsi 
  • İşə davamiyyət cədvəlinin hazırlanması
  • Xəstəlik vərəqəsinin, sosial, əmək məzuniyyətinin hesablanması və icrası və s.

Şərtlər:

  • İş qrafiki 5 günlük, Bazar ertəsi-Cümə saat 09:00 -dan 18:00-dək, 
  • İstirahət:Şənbə və  Bazar günləri;
  • Əmək haqqı: 2000-3000 AZN

Göstərilən tələblərə uyğun namizədlərdən Bioloji Təbabət Klinikası tərəfindən olan vakansiyaya müraciət üçün mövzu hissəsində “İnsan Resursları şöbəsinin rəhbəri qeyd edərək CV formasını göndərməyiniz xahiş olunur.

Bioloji Təbabət Klinikası tərəfindən digər vakansiyalar