Satınalma və təchizat şöbəsinin müdiri

  • Agrarco
  • Elanın qoyulma tarixi: 22.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

  • Təhsil: Ali iqtisadi və ya ali texniki təhsil
  • Dil bilikləri: Azərbaycan, Rus dilində səlis yazı və danışıq bacarıqlarığı, ingilis dilinin olması arzu olunandır;
  • Kompüter bilikləri: Ofis proqramları və təchizatla bağlı proqramlar üzrə geniş bilik və iş bacarığına malik olması xüsusən 1C ;
  • İş təcrübəsi: Təchizat sahəsində ən azı 5 illik iş təcrübəsi (Kənd Təsərrüfatı sahələrində çalışan namizədlərə üstünlük verilir)
  • Sertifikat: CİPS sertifikat olan namizədlərə üstünlük veriləcək.

Vəzifə öhdəlikləri: 

  • Satınalma sifarişlərinin qəbulu və qiymətləndirilməsini yoxlamaq
  • Sifarişlərin əvvəlcədən müəyyən edilmiş zaman intervalında icra edilməsini təmin etmək
  • Təchizatçı firmalarla danışıqlar aparmaq
  • Sifarişin qəbulu, malın çatdırılması, xidmətlərin icrası və tədarükçülərə ödənişlərin icra olunması mərhələlərini əhatə edən satınalma prosesinin tam sənədləşdirilməsi və icrasına nəzarət etmək
  • Tenderlərlə əlaqədar təkliflərin alınması və onların keçirilməsinin təşkil edilməsi;
  • Satınalma sifarişlərinin qəbulu və icra edilməsinə nəzarət
  • Bazar araşdırılması, təhlili apırılması, yeni tədarükçülərin tapılması, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması
  • Şirkəti mal-material, xammal və avadanlıqlarla təmin edilməsini təşkil etmək
  • Tələb olunan mallar üzrə sifarişlərin hazırlanması
  • Ödəniş sorğularının həyata keçirilməsi, ödənişlərin nəzarətdə saxlanılması
  • Müqavilə şərtlərinin müəyyən edilməsi, şərtlər üzrə icrasına nəzarət edilməsi
  • Malların müəyyən edilmiş prosedur üzrə təhvil-təsliminə nəzarət edilməsi
  • Struktur daxili müvafiq hesabatların hazırlanması
  • Tədarükçülərlə işgüzar yazışma və danışıqların aparılması (Azərbaycan və Rus dillərində)
  • Sahə üzrə diqər tapşırıqların həyata keçirilməsi

İş şərtləri:

  • İş saatları: 09:00 -18:00
  • Nahar fasiləsi: 13:00 -14:00
  • istirahət günü: Şənbə və bazar

Əlavə təminatlar:

  • Korporativ nömrə və danışıq limiti
  • Tibbi sığorta (özü və ailə üzvləri üçün)
  • Yanacaq limiti

Əmək haqqı:

  • Əmək haqqı müsahibə zamanı bildiriləcək

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Satınalma və təchizat şöbəsinin müdiri” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]