Satınalma şöbəsində aparıcı mütəxəssis

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 13.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namızədə tələblər:

  • Təhsil: Ali təhsil;
  • İş təcrübəsi:  Müvafiq sahə üzrə minimum 2 il təcrübə;

Xüsusi biliklər: 

  • Dövlət satınalmaları haqqında qanunvericiliyi bilməli;
  • etender.gov.az portalından istifadə edə bilməli; 
  • Azərbaycan dilini sərbəst bilməli, rus və ingilis dili arzuolunandır;
  • Word, Excel və 1C proqramları ilə işləmək bacarığı olmalıdır.

 İşin qısa təsviri:

  • Dövlət satınalmalar haqqında qanunun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi 

Vəzifə öhdəlikləri:

  • Ehtimal olunan qiymətin hesablanması üçün bazar araşdırılmasının aparılması və  müvafiq formanın təsdiq etdirilməsi
  • Elektron satınalmalar portalında və dövlət qəzetlərində satınalma proseduru ilə bağlı elanların yerləşdirilməsi
  • İxtisaslaşmış malgöndərənlərin siyahısının hazırlanması və onlara dəvət məktublarının göndərilməsi
  • Dövlət satınalmalar haqqında qanunun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsi
  • Tenderin nəticəsi ilə bağlı yekun protokolun müvafiq dövlət orqanına göndərilməsi və qeydiyyata alınması ilə bağlı prosesin nəzarətdə saxlanılması
  • Tenderin nəticəsi ilə bağlı bildirişin və  müqavilə məlumatının qanunda müəyyən edilmiş müddət ərzində elektron satınalmalar portalında yerləşdirilməsinin təmin edilməsi və iddiaçı şirkətlərə bununla bağlı aksept və məlumat xarakterli məktubların göndərilməsi
  • Tender komissiyasının işinin təşkili, iddiaçılardan daxil olan sorğuların cavablandırılması.
  • Satınalma müqavilələrinin hazırlanması,  təsdiq etdirilməsi, əlavə və dəyişikliklərin hazırlanması, ləğv edilməsi, icrasına nəzarət edilməsi və reyestrinin aparılması.
  • Daxil olmuş hesab fakturaların, aktların müqavilə öhdəliklərinə uyğunluğunun yoxlanılması
  • Dövlət satınalmaları haqqında qanunun tələbləri nəzərə alınmaqla il ərzində eyni kateqoriyadan olan malların (işlərin və xidmətlərin) ayrı-ayrı müqavilələrə bölünməməsinə nəzarət etmək
  • Agentlikdə həyata keçirilən satınalma prosedurları ilə bağlı rəhbərlik və digər dövlət orqanları üçün hesabatların hazırlanması
  • Xərclərin azaldılması məqsədilə təkliflər vermək
  • Agentliyin büdcə layihəsinin hazırlanmasında iştirak etmək

Əmək haqqı razılaşma əsasında;

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Satınalma üzrə aparıcı mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. 

İş Yeri:  Bakı şəhəri

İş Rejimi: 5 gün

Sığorta: İcbari

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Email: [email protected]