Satınalma mütəxəssisi

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 01.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyası: 

  • Satınalma prossesini mövcud qanunvericilik və qaydalara müvafiq ən əlverişli şərtlərlə icra etmək
  • İllik satınalma planının hazırlanması və icrasını təşkil etmək.
  • Sifarişlər üzrə texniki parametrlər və standartların hazırlanması prosesini təşkil etmək
  • Təchizat sifarişlərinin idarə edilməsi (Tələbin yaranmasından ödənişədək olan prosesin idarə edilməsi)
  • Yerli və xarici bazarın təhlili, tələb olunan araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili
  • Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin idarə olunması, keçirilmiş satınalma müsabiqəsinin nəticəsini rəsmiləşdirmək;
  • Müqavilə şərtlərinin müəyyən olunması, hazırlanması və nəzarətdə saxlanılması
  • Müqavilələr üzrə tədarükçü KPİ-ların hazırlanması, tədarükçü fəaliyyətinin qiymətləndirilməsi 
  • Qurumun struktur bölmələrinin saxlanması və fəaliyyəti, habelə maddi-texniki təminatı üçün ayrılmış vəsaitin təyinatı üzrə səmərəli istifadə edilməsi məqsədlə rəhbərliyə təkliflər vermək;
  • Qanunvericiliyə uyğun olaraq kommersiya sirrinin və xidməti məlumatların qorunmasını təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən vəzifə öhdəliyinə aid digər tapşırıqları yerinə yetirmək.

Vəzifə tələbləri: 

  • Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
  • Təhsil ixtisası: İqtisadiyyat, Maliyyə, Biznesin idarə olunması arzu olunandır.
  • İş təcrübəsi (minimum): İstehsalat sahəsində minumum 3 illik iş təcrübəsi. Dövlət Satınalmaları təcrübəsinin olması arzuolunandır.
  • Dil bilikləri: Azərbaycan dili, Rus dili, Ingilis dili. 
  • Kompüter bilikləri: Yaxşı səviyyədə Microsoft office proqramlarını bilməli. 1C üzrə iş təcrübəsi arzu olunandır.

Digər zəruri tələblər:

  • CIPS sertifikatına (ən azı L2 səviyyə) sahib olmalı
  • Satınalma prosesinə dair sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə beynəlxalq standart və normaları bilməli;
  • Xarici və yerli tədarükçülərlə satınalma və ondan irəli gələn danışıqların aparılması üçün yüksək ünsiyyət qabiliyyəti;

Vəzifənin tələb etdiyi səriştəliliklər:

  • Analitik düşünmə
  • Problem analiz etmə
  • Detallara diqqət
  • Nizam-intizam.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Satınalma mütəxəssisi” qeyd etməyiniz xahiş olunur