Müştəri təcrübəsi üzrə ekspert (CX)

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 08.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Məhsul üzrə uyğun tədqiqat metodunu seçərək araşdırmalar həyata keçirmək;
  • Müştərilər arasında cari zəif nöqtələrini və ehtiyaclarını aşkar etmək üçün araşdırmalar aparmaq;
  • Məhsul üzrə problemli məqamları tapıb fərziyyələr formalaşdırmaq;
  • Müştərilərlə telefonla, üz-üzə sorğular aparmaq;
  • Məhsulun istifadəçi təcrübəsini formalaşdırmaq;
  • Kəmiyyət və keyfiyyət tədqiqat metodlarından mükəmməl istifadə edərək, araşdırma mövzularına uyğunlaşdırmaq;
  • Yeni tədqiqat metodologiyaları yaratmaq;
  • Tapşırıqdan asılı olaraq tədqiqat metodlarını təklif edilməsi;
  • Araşdırma nəticələrini birləşdirib hesabat formasına salınması;
  • Squad, UX və Design Chapter üzvlərinə sintezi təqdim edilməsi;
  • Məhsulun imkanlarını müəyyənləşdirmək üçün əvvəldən axıradək çərçivə, konsepsiya, dizayn, çatdırılma və qiymətləndirmə proseslərində məhsulun idarə etməsində iştirak etmək;
  • İnkişaf etmiş məhsul və xidmətlər ilə əlaqəli təhlili həyata keçirtmək;
  • İnterfeys analitikanı bilmək və mövcud məhsullar üzrə analizlər aparmaq;
  • Customer Journey Map metodologiyasından istifadə edərək hazırkı prosesdəki zəif nöqtələri müəyyən etmək və iş prototiplərinə çevrilməsi;

Namizədə olan tələblər:

  • İş təcrübəsi: CX sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi.
  • Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta, Rus dili: orta
  • Kompüter bilikləri: MS Office: əla, MS Outlook: əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və planlaşdırma

İmtiyazlar:Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

https://pasha-life.az/en/about/karyera/

İşəgötürənin reytinqi