Procurement Specialist

İşin təsviri

İş yeri: Demirchi Tower və Sigma Door (əməliyyat ofisi)

İş vaxtı: I - V günlər, 08:00 - 17:00

Şöbə: Satınalma (yerli bazar)

Əmək haqqı: müsahibə əsasında

İşi̇n Təsvi̇ri̇:

  • Məhsul kateqoriyaları üzrə ehtiyac vahidlərini müəyyən etmək və portfeli formalaşdırmaq;
  • Gündəlik layihələr üzrə yerli bazar satınalmaların araşdırılması, təşkili və təchizatı (supplier list) mütəmadi yenilənməsi; 
  • Əməkdaşlıq edilən xarici şirkətlərlə yazışmaların aparılması və sifariş olunan mal-materialların çatdırılması;
  • Etibarlı satıcı və təchizatçılar bazasının yaradılması və inkişaf etdirilməsi;
  • Satınalma prosesi zamanı ilkin qiymətləndirmə, danışıqlar və müqavilə şərtlərinin razılaşdırılması;
  • Satınalma, Logistika, İdxal proseslərində iştirak etmək;
  • Anbarda mal qalığının miqdarına nəzarət və idarə edilməsi;
  • Sifarişlərin istehsalçılara hazırlanıb göndərilməsi və təqibi; 
  • Şirkətdə aparılan satınalma proseslərinin optimallaşdırılmasına yönəlmiş təkliflər irəli sürmək;
  • Bazar tendensiyalarını, rəqib strategiyalarını və bazar tədarükçülərini izlənilməsi;
  • Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
  • Müdiriyyətin tələbinə müvafiq olaraq satınalma prosesi üzrə aylıq, rüblük, illik hesabatların hazırlanması;

Nami̇zədə Dai̇r Tələblər:

  • Ali təhsil;
  • Satış bacarığı və effektiv satış təcrübəsi;
  • Azərbaycan və rus dillərində danışmaq bacarığı, ingilis dili bilənlərə üstünlük verilir;
  • Ofis proqramları (Excel, Outlook və s.) və 1C proqramında işləmək bacarığı;
  • Primavera, AvtoCad biliyi üstünlükdür;

Müraciət etmək istəyən əməkdaşlar, CV formanızı emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə Satınalma üzrə mütəxəssis yazılmalıdır.

Email: [email protected]