İşin təsviri
Əsas vəzifələr:
- Satınalma, təchizat zənciri və satış komandalarına rəhbərlik etmək.
- Yeni müştərilər və əməkdaşlıq imkanlarını aktiv şəkildə araşdırmaq və inkişaf etdirmək.
- Tenderlərdə iştirak etmək və yeni müqavilə imkanlarını dəyərləndirmək.
- Şirkətin kommersiya strategiyasını formalaşdırmaq və həyata keçirmək.
- Təchizatçılar, tərəfdaşlar və müştərilərlə güclü işgüzar əlaqələr qurmaq.
- Satınalma və təchizat proseslərinin effektivliyini və uyğunluğunu təmin etmək.
Tələblər:
- Neft-qaz, sənaye və infrastruktur layihələri sahəsində minimum 7 il iş təcrübəsi.
- Satış və biznes inkişafı sahəsində sübut olunmuş uğurlu nəticələr.
- Satınalma və təchizat proseslərinə dair dərin biliklər.
- Komandaya rəhbərlik etmək və motivasiya vermək bacarığı.
- Yüksək səviyyədə ünsiyyət, danışıqlar aparmaq və liderlik bacarığı.
- Rus və İngilis dillərində sərbəst danışıq və yazı bacarığı mütləqdir.
- Ezamiyyətlərə getmək imkanının olması şərtdir.
- Neft sektoru və sənaye üzrə geniş əlaqələr üstünlük sayılır.
Təklif edirik:
- Rəqabətli əmək haqqı və nəticəyə əsaslanan bonus sistemi.
- Regional və beynəlxalq inkişaf imkanları.
- Dinamik və dəstəkləyici iş mühiti.
- Şirkət rəhbərliyində strateji vəzifə
Müraciət etmək istəyən əməkdaşlar, CV formanızı Müraciət Et düyməsində qeyd olunan email-ə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.