Təhlükəsizlik departamentinin nəzarətçisi / Mühafizəçi

İşin təsviri

Vakansiya haqqında: 

  • Komandamıza təhlükəsizliyi təmin edəcək Mühafizəçi axtarırıq. 

İş şərtləri:

  • İş qrafiki: Növbəli iş qrafiki (Xidmət müqaviləsi).
  • İş yeri: Xırdalan şəhəri, Şamaxı şossesi. 
  • Eləcə də: Karyera imkanları, rəqabətədavamlı əmək haqqı, servis xidməti, nahar.

Əsas vəzifə öhdəlikləri:

  • Şirkət ərazisində təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Giriş-çıxış rejimini təmin etmək və qeydiyyat aparmaq;
  • Video-müşahidə sisteminə nəzarət etmək;
  • Fövqəladə hallarda (yanğın, qəza və s.) operativ şəkildə reaksiya vermək və rəhbərliyi məlumatlandırmaq;
  • Şirkət əmlakının qorunması və təhlükəsizliyin təmin olunmasına cavabdeh olmaq;
  • Gələn qonaqları və nəqliyyat vasitələrini qaydalara uyğun şəkildə qeydiyyata almaq.

Namizədlərə dair tələblər

  • Orta və ya peşə (texniki) təhsili;
  • Təhlükəsizlik və ya mühafizə sahəsində iş təcrübəsi;
  • Rus və İngilis dilləri biliyi üstünlükdür;
  • Dəqiqlik, məsuliyyət və intizamlılıq;
  • Fiziki cəhətdən sağlam (İdmançı bədən quruluşu);
  • Hərbi xidməti başa vurmuş.

 Əlaqə:  

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda məsuliyyətli vakansiyaya müraciət etmək istəyirsinizsə, zəhmət olmasa CV-nizi link vasitəsilə göndərin:

https://www.carlsbergazerbaijan.az/en/work-with-us/join-our-team/career-form/ 

https://www.carlsbergazerbaijan.az/az/bizimla-calis/komandamiza-qosul/career-form/ 

Yalnız vakansiya tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

İşəgötürənin reytinqi