Mühəndis-Mexanik

İşin təsviri

Vakansiya haqqında: Komandamıza avadanlıqların texniki xidməti, diaqnostikası və təmiri üzrə ixtisaslı mexanik axtarırıq. 

İş şərtləri:

  • Şirkətin təklifi: Karyera imkanları, rəqabətədavamlı əmək haqqı (əsas əmək haqqı + şirkət siyasətinə uyğun bonuslar) və sosial paket (tibbi sığorta, limitli mobil rabitə, servis xidməti, nahar).
  • İş qrafiki: 08:00 – 17:00
  • İş yeri: Xırdalan şəhəri, Şamaxı şossesi. 

Əsas vəzifə öhdəlikləri

  • Şirkətin avadanlıqlarının planlı texniki xidməti (TX) və qəza bərpası (QB);
  • İstehsalat prosesində TX və Servis pəncərələrinin planlaşdırılması;
  • Şirkətin istehsalat proseslərinin texniki avadanlıqlar vasitəsilə modernləşdirilməsi;
  • Avadanlıqların təmirə təhvil verilməsi və təmirdən qəbulu üzrə aktların hazırlanması;
  • Avadanlıqların TX və QB işlərini həyata keçirən digər bölmələrin əməkdaşlarının fəaliyyətinə nəzarət;
  • Avadanlıqların, cihazların və alətlərin saz vəziyyətdə saxlanılması və təhlükəsiz istismarına nəzarət.

Namizədlərə dair tələblər

  • Ali (texniki) təhsil;
  • 2 ildən çox iş təcrübəsi (istehsalat sahəsində təcrübə üstünlükdür);
  • Azərbaycan dili səlist, rus dilli arzuolunandır;
  • Avadanlıqların TX işlərinin hazırlanması və keçirilməsi texnologiyası;
  • Avadanlıqların montaj və demontaj işlərinin texnologiyası;
  • Texniki sənədlərlə və xəritələrlə işləmə bacarığı;
  • Diaqnostika və təmir alətlərindən istifadə bacarığı;
  • Detalların, mexanizmlərin aşınmasını müəyyənləşdirmə və nəzarət üsulları.

Əlavə şərtlər:

  • Peşəkar səviyyənin artırılması, özünüinkişaf, karyera yüksəlişi və inkişaf arzusu;
  • Stressə davamlılıq;
  • İntizamlılıq;
  • Məsuliyyətlilik  

 

İşəgötürənin reytinqi