Anbardar

İşin təsviri

İş qrafiki:

  • Bazar ertəsi – Şənbə: 08:00-dan 17:00-dək
  • İstirahət günü- Bazar günü
  • Əmək haqqı: namizədin iş təcrübəsininə əsasən danışılacaq

Vəzifə öhdəlikləri:

  • Malın qəbulunu, qəbul edilən malların siyahı üzrə yoxlanılmasını və qəbul olunan malların anbarda nəzərdə tutulan zonalara yerləşdirilməsini təşkil etmək;
  • Sifarış tələbi əsasında anbardan mal çıxışını təşkil etmək;
  • Malın hərəkəti ilə bağlı bütün əməliyyatları prosedurlar üzrə tələb olunan sənədlər əsasında icra etmək (qaimə, aktlar və.s.) və sənədləri arxivləşdirmək;
  • Aylıq stok sayımınında iştirak etmək, stokda olan çatışmamazlıqları müəyyən etmək və müvafiq hesabat hazırlamaq;
  • Anbar qalğına nəzarəti həyata keçirmək;
  • Anbarda olan məhsulların sayını və hesabatını rəhbərliyə təqdim etmək;
  • Anbar üzrə mövcud materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq;

Namizədə dair tələblər:

  • Dil biliyi arzuolunandır
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
  • Kompyuter bacarıqları: Microsoft Office, 1C 8.3 və ya digər anbar proqramları ilə işləmə bacarığı; 
  • Düzgün şifahi nitq qabiliyyəti 
  • İnsanlarla ünsiyyət qurmaq bacarığı olan və kollektivdə normal münasibət yarada bilən
  • Məqsədinə çatmaq üçün hərəkətli və sərbəst iş rejimində çalışa biləcək
  • Verilən tapşırıqları qüsursuz yerinə yetirə bilən;
  • Yaş həddi: 25-40 yaş arası
  • BC Sürücülük vəsiqəsi olan

Müraciət etmək istəyən əməkdaşlar, CV formanızı emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə Anbardar yazılmalıdır.

*Sienmar Engineering – “Sigma Energy Marine FZE” AR Filialının əmtəə nişanıdır.