İşin təsviri
Tələblər:
- Ali təhsil (Menecment, psixologiya və ya insan resursları sahəsində);
- Bu sahədə ən azı 3 il iş təcrübəsi
- İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
- AR Əmək qanunvericiliyini mükəmməl bilməli;
- Azərbaycan və Rus dillərini əla, İngilis dilini yaxşı səviyyədə bilməli;
- Vaxtın və konfliktlərin effektiv idarəedilməsi.
- Məsuliyyət, dürüstlük, çeviklik və problem həlletmə bacarığı.
- MS Office, xüsusilə Excell; 1C proqramı biliyi;
- Rəhbərliyin tapşırıqlarının keyfiyyətlə və vaxtında yerinə yetirilməsi;
İş barədə məlumat:
- Kadr uçotunun təşkili və işçilərlə hesablaşmalar;
- İşçilərin şəxsi işlərinin aparılması (formalaşdırılması), kadrlar üzrə cari və perspektiv planların işlənib hazırlanması, kadrlara aid olan təlabat haqqında lazımi yerlərə məlumatın verilməsi;
- İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin edilməsi;
- İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi;
- Məzuniyyət cədvəlinin daimi nəzarətdə saxlanılması;
- Əmək kitabçalarına qeydiyyatların aparılması;
- Bütün əməliyyatların Emas.sosial.gov.az, e-sosial elektron portalında işlənilməsi;
- İşə davamiyyət cədvəlinin hazırlanması;
- Xəstəlik vərəqəsinin, sosial, əmək məzuniyyətinin hesablanması və icrası;
Şərtlər:
- İş qrafiki 5 günlük, Bazar ertəsi-Cümə saat 09:00 -dan 18:00-dək,
- İstirahət:Şənbə və Bazar günləri;
Əmək haqqı: müsahibə zamanı müəyyən edilir.
Göstərilən tələblərə uyğun namizədlərdən mövzü hissəsində “İnsan Resursları üzrə mütəxəssis” qeyd edərək CV formasını göndərməyiniz xahiş olunur.
Email: [email protected]