Satınalma və təchizat üzrə mütəxəssis

İşin təsviri

İş barədə məlumat:

  • Satınalma prosesinin vaxtında, prosedur və proseslərə uygun icra edilməsi;
  • Satınalma sorğularının qəbulu, analizi, yerləşdirilməsi, nəzarəti və icrası;
  • Rəhbərinə müxtəlif hesabatların hazırlanması və təqdim edilməsi;
  • Təkliflər sorğusu və məlumat sorğusunun hazırlanaraq təchizatçılara göndərilməsi, təkliflərin alınması, təchizatçılarla danışıqların aparılması;
  • Bazarın təhlili, tələb olunan malların daxili və xarici bazarda araşdırılması;
  • Xarici satınalmaların təşkili və icrası;
  • Şirkətlə əlaqədər təchizat fəaliyyətinin həyata keçirməsi;
  • Şirkətin mal-material təchizatının təşkil edilməsi;
  • Sifarişlərin vaxtında düzgün gəlməsinin təmin edilməsi,sifarişlərin icrasını və çatdırılmasının vaxtında həyata keçirilməsi;
  • Bütün tələb olunan sənədləşmə və yazışmaların icra edilməsi.

Namizəd üçün tələblər:

  • Ali təhsil;
  • 2 il müvaffiq sahə üzrə iş təcrübəsi (ehtiyat hissələrinin alışına dair təcrübənin olması arzuolunandır);
  • Rus, İngilis dillərində sərbəst danışıq və yazışma bacarığı;
  • MS Ofis proqramlarından istifadə bacarığı;
  • Komanda da işləmək bacarığı;
  • Məsuliyyətli, detallara qarşı diqqətli və operativ olmalı. 

Əmək Şəraiti:

  • AR-nın ƏM - nə uyğun sənədləşmə;
  • İş Rejimi: Həftənin 5 günü;       
  • Ünvan: Bakə şəhəri, C.Cabbarlı 605,Globus Center; 

Əmək haqqı: razılaşma yolu ilə.  

Son müraciət tarixi: 04.09.2022 

Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində “satınalma və təchizat üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Email: [email protected]