Mühasib

İşin təsviri

İş barədə məlumat:

  • Mühasibat , Vergi uçotu , DSMF və Statistika ilə bağlı hesabatları hazırlamaq  və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək;
  • Elektron Qaimə Faktura, Vergi Hesab Fakturaları işləmək;
  • Gömrük bəyannamələri ilə bağlı əməliyyatları icra etmək; 
  • BTP proqramında işləməklə vergi bəyannamələrini göndərmək və vergi məsələləri ilə bağlı - işlərdə birbaşa iştirak etmək;
  • Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin və onların
  • hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Bank hesabları üzrə ödənişləri həyata keçirmək;
  • Alınmış və Ödənilmiş Avans ödənişlərini izləmək; 
  • Elektron Qaimə Faktura, Hesab Fakturaları işləmək;
  • Kreditor və debitorlar ilə üzləşmələr aparmaq;
  • Görülmüş işlərə dair bütün təsdiqedici sənədləri toplamaq, tərtib etmək və saxlamaq; 
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyəti hesablamaq, köçürmək;
  • Mühasibat sənədlərini saxlamaq və qorumaq;
  • Günlük, həftəlik və aylıq aparılan əməliyyatlar barədə rəhbərliyə hesabat vermək.

Namizəd üçün tələblər:

  • Ali təhsil (mühasibat uçotu, maliyyə və iqtisadiyyat üzrə arzu olunandır );
  • 3 il iş təcrübəsi (analoji sahə üzrə);
  • E-taxes.gov.az portallarından istifadə etmə bacarığı;
  • 1C 8.3 proqramından istifadə etmə bacarığı
  • MS Ofis proqramlarından istifadə bacarığı;

Əmək Şəraiti:

  • AR-nın ƏM - nə uyğun sənədləşmə;
  • İş Rejimi: Həftənin 5 günü;
  • İş saatı: 09:00-dan 18:00-dək; nahar fasiləsi 13:00-dan 14:00-dək.
  • Ünvan: Bakı şəhəri, Globus Center.

Əmək haqqı: müsahibədə namizədin bilik və bacarığına əsasən təyin olunacaq.

Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində “mühasib” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.