İşin təsviri
İş barədə məlumat:
- Daxil olan müştəri müraciətlərinin qəbul edilib tam və vaxtında cavablandırılması;
- Müştəri müraciətlərinə əsasən kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanması;
- Şirkətin xidməti haqqında müştərilərin tam məlumatlandırılması;
- Ən uyğun qiymət və marşrutun seçilməsi, təsdiqlənmiş sifarişin icraya ötürülməsi və nəzarətdə saxlanılması;
- Sifariş olunan, daşınan yüklərin qeydiyyatının aparılması və səyahət boyu yükün izlənilməsi;
- Daşınma zamanı yaranan problemlərin və dəyişikliklərin operativ şəkildə həll edilməsi;
- Malların keyfiyyətli daşınmasının təmin edilməsi;
- Yükün daşınması üçün nəqliyyat vasitəsinin təşkil edilməsi;
- Müştərilər tərəfindən göndərilən sorğuları operativ və dəqiq cavablandırılması;
- Yüklərin daşınma xərclərinin qeydiyyatının aparılması;
- Daşınma ilə bağlı zəruri sənədlərin toplanılması, yoxlanılması və aidiyyəti üzrə təqdim edilməsi;
- Daşınma zamanı yaranmış əlavə xərclərin, cərimələrin qeydiyyatının apaılması;
- Gömrük prosedurları üçün tələb olunan sənədlərin, nəqliyyat xərcinin təqdim edilməsi;
- İcra olunan sifarişin dəyərinin müştəri tərəfindən ödənilməsinin təmin edilməsi;
- Gündəlik əməliyyatların və hesabatların icra edilməsi eyni zamanda daxili proqram təminatına işlənilməsi;
- Daşıyıcı şirkətlərlə yazışmaların aparılması, əlaqənin qurulması və müştəri bazasının yığılması;
- Günlük, həftəlik və aylıq aparılan əməliyyatlar barədə Rəhbərinə hesabatın verilməsi.
Namizəd üçün tələblər:
- Ali təhsili;
- Cinsi : Qadın
- Yaş: 25 - 35
- 2 il iş təcrübəsi (Logistika sahəsində xüsusilə tır, vaqon, konteyner);
- Azərbaycan və Rus dillərində sərbəst, İngilis dilində yaxşı danışıq bacarığı;
- MS Ofis proqramlarından istifadə bacarığı (xüsusilə excel);
- Müştəri ilə işləmək bacarığı, məsuliyyətli, tələbkar, detallara qarşı diqqətli və operativ olmalı.
Əmək Şəraiti:
- AR-nın ƏM - nə uyğun sənədləşmə;
- İş Rejimi: Həftənin 5 günü;
- İş saatı: 09:00 - dan 18:00 - dək; nahar fasiləsi 13:00 - dan 14:00 - dək.
- Ünvan: Bakı şəhəri, Globus Center.
- Əmək haqqı: namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı təyin olunacaq.
Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində “Logistika üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
Email: [email protected]